"Bank kartlarında yaranan problemin iki səbəbi ola bilər"
Dünəndən Azəricard prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranmışdı. Bu bankların kartları vasitəsilə, həmçinin bu banklara bağlı olan digər vasitələrlə ödənişləri reallaşdırmaq mümkün olmayıb. Bu gün isə bildiriblər ki, problem aradan qaldırılıb.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı paylaşım edən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, texniki problemin iki səbəbi ola bilər:
“Xatırladıram ki, Azəricard ölkənin ən böyük prosessinq mərkəzidir, 16 banka xidmət edir. Bildiyim qədər, Azəricard datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi.Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra “support” məsələsində bir neçə dəfə problemlər olub. Bu qədər zaman kəsiyində “backup”dan istifadə edilməməsi də düşündürücüdür.Düşünmək olar ki, Azəricard-ın uzun müddət sistemi bərpa edə bilməməsi “backup”ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay