"Xarici amillərin təsiri azalır, inflyasiya həddi az olacaq" - Ekspert
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5 faiz civarında olacağını gözləyir. Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli də mövcud vəziyyətdə inflyasiyanın həddinin azalacağı qənaətindədir:
“Hökumət gələn il üçün inflyasiyanın həddinin 5,5-6 faiz həndəvərində olacağını proqnozlaşdırıb. Azərbaycana inflyasiya əsasən idxal olunan inflyasiyadır. Dünyada qiymətlərin artması anoloji olaraq öz təsirini ölkəmizə də göstərir. Amma hazırda dünyada əks proseslər gedir, qiymətlər enir. Bu səbəbdən gələn il üçün inflyasiyanın cari illə müqayisədə kifayət qədər az olacağı ehtimalı daha böyükdür. Lakin yalnız hazırkı anda baş verən hadisələr əsnasında bu qənaətə gəlmək olar. İsraillə HƏMAS arasında toqquşmaya digər qüvvələr də cəlb olunacağı təqdirdə isə neftin qiymətinin bahalaşması gözlənilir. Bu da öz növbəsində dünyada qiymətlərin artmasına rəvac verə bilər. Hər halda Azərbaycana xarici amillərin təsiri azalır. Bu səbəbdən gələn il üçün 2023-cü illə müqayisədə inflyasiya həddi az olacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay