“Rəsmi iş yeri olmayanlara bəzi hallarda kredit verilə bilər” - Ekspert
“Ümumiyyətlə işləməyən adama - nə peşəsi, nə təqaüdü olan, rəsmi işi olmayan adama kredit verilmir”, kredit üzrə bank eksperti Fariz Talıbov Valyuta.az-a dedi.
Bildiyimiz kimi kredit üçün banklara müraciət etdikdə ilk olaraq iş yeri soruşulur. Rəsmi iş yeri olmayanlara banklar kredit verilmir. Fariz bəy deyir ki, bəzi hallarda rəsmi işi olmayan vətəndaşlara kredit verilə bilər:
“İşləməsə də, təqaüd alan vətəndaşlara bəzi banklar 70 yaşına qədər kredit verirlər. Ola bilər ki, rəsmi iş yeri yoxdur, amma adamın peşəsi var, VÖEN əsasında çalışır. VÖEN əsasında da kredit verilə bilər. Bəzi adamlar da var ki, ümumiyyətlə, heç VÖEN əsasında çalışmır, onlara bəzi hallarda verilə bilər. Müəyyən banklarda onlara peşə kreditləri verirlər. Vətəndaşın peşəsi analiz olunur, əgər bankın daxili qaydalarına uyğun olaraq kredit düşürsə, həmin adamın VÖEN-i yoxdursa, xahiş olunur ki, VÖEN açsın, ondan sonra kredit verilə bilər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay