2024-cü ildə manat dollar qarşısında ucuzlaşacaq?
Azərbaycan milli valyutası 2023-cü ildə öz stabilliyini ümumən qoruyub saxlaya bilib. Manat xarici valyutalara nisbətdə, xüsusəndə dollarla müqayisədə sabit qalıb. Burada daxildə inflyasiyanın elə də güclü olmaması və devalvasiya prosesinin baş verməməsi də öz sözünü deyib.
Qarşıdan 2024-cü il gəlir. Görəsən, növbəti ildə manatı nə gözləyir?
Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, 2024-cü ildə milli valyutanın devalvasiyaya uğraması ehtimalı yox dərəcəsindədir:
“Manatla bağlı iki əsas təhlükə inflyasiya və devalvasiya ilə bağlıdır. İnflyasiya qiymətlərin artması kontekstində manatın ucuzlaşmasıdır.
Devalvasiya isə digər valyutalara, xüsusən də dollara nisbətdə milli valyutamızın ucuzlaşmasıdır.
İnflyasiya gələn il də davam edəcək, qiymətlər artacaq. Mərkəzi Bankın bəyanatlarına görə bu proses sürətli olmayacaq. Dünyada qeyri-adi nəsə baş verməsə, qiymətlər artmasa, Mərkəzi Bankın sərt pul siyasəti nəticəsində qiymət artımı builkindən çox olmayacaq. Amma dünyada qeyri-adi nəsə baş versə, qiymət artımı daha sürətli ola bilər. Azərbaycan idxaldan asılıdır. Çox məhsul və malı xaricdən alırıq. Neft ölkəsi olduğumuz üçün valyuta ehtiyatlarımız milli valyutanı sabit saxlamaq üçün kifayətdir. İndi neftin qiyməti sabitdir, amma ölkəmizin neft hasilatı da ilbəil azalır”.
Həmsöhbətimiz 2024-cü ildə valyuta ehtiyatlarımızın devalvasiyaya səbəb olacaq qədər kəskin azalacağını düşünmür:
“Gələn il üçün manatın devalvasiyaya uğraması ehtimalı demək olar ki, yoxdur. Türkiyə lirəsi ciddi devalvasiyaya uğrayır. Amma bu ölkədə inflyasiyanın əhaliyə təsiri yoxdur. Azərbaycanda isə inflyasiya daha ciddi amildir, devalvasiya təhlükəsi isə yoxdur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay