Bağlanan banklarda mənzil alqı-satqısı üçün hesablara köçürülən əmanətlərin batma ehtimalı var? – Ekspert açıqladı
Bağlanan banklarda mənzil alqı-satqısı prosesi ilə bağlı hesablara köçürülən əmanətlərin batma ehtimalı yoxdur.
Bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, “Əmanətlərin Sığortalanması Haqqında” qanunun 26-cı maddəsinə görə, notariusun depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaiti 100% həcmində kompensasiya edilir:
“Kimsə ev almaq üçün notariusa pul köçürür və qarşı tərəf onu çıxarmağa macal tapmadan bank bağlanırsa, onu Əmanətlərin Sığortalanması Fondu kompensasiya edir. Vətəndaşın bankda əmanəti qalırsa, o əmanət 100 min manata kimi kompensasiya edilir. Fərdi sahibkarın 20 min manatdək, notarius hesabında qalıbsa, tam, hətta 100 mindən yuxarı əmanət kompensasiya edilir. Heç bir problem yoxdur”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay