“Mən əmanətlərə vergi güzəştinin əleyhinəyəm” - EKSPERT
“Mən əmanətlər üzrə faizlərdən verginin tutulmamasının və belə bir güzəştin verilməsinin əleyhinəyəm”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirlərinin vergidən azad olunması ilə bağlı qərardan danışarkən deyib. Əkrəm Həsənovun sözlərinə görə, hər kəs öz gəlirindən vergi verməlidir:
“Niyə digər gəlirlərdən vergi tutulur, amma əmanət üzrə faiz gəlirindən tutulmamalıdır. Bütün gəlirlər hardan gəlir? İşləyirik, zəhmət çəkirik, yaxud evimiz var və s. Əmanət nədir ki? Nə zəhmət çəkir, nə də işləyir. Puldur qoyub banka qazanc əldə edir, havadan pul qazanır. Niyə buradan vergi tutulmamalıdır? Bəziləri səhv başa düşür, deyirlər bank onsuz da vergisini verir. Bank öz mənfəətindən vergi verir. Hər kəs banka pul qoya bilir yox, artıq puldur da. Niyə ondan vergi tutmayaq”.
Əkrəm Həsənov bildirib ki, vətəndaşların banklardakı əmanətləri üzrə faiz gəlirlərinin hamısından vergi tutulmayacaq:
“Yəni 200 manatdan yuxarısından vergi tutulacaq. Uzun illər boyu bank əmanətləri üzrə ödənilən faizlərdən vergi tutulmurdu. Ayrı-ayrı qanunlar var idi, sonra bunu Vergi Məcəlləsinə daxil etdilər. Orda da müddət verdilər. Bu ilin əvvəlində həmin müddət bitdi və bütün əmanətlər üzrdə faizlərdən vergi tutulur. Məsələn, mən banka 10%-lə 10 min manat. İllik 1000 manat gəlir, ondan 10% vergi tutulur. Yəni 100 manat vergiyə getdi, mənə 900 manat qaldı. Bu qanun layihəsi qəbul olunduğu halda 1000 manatlıq faiz gəlirimin 200 manatından vergi tutulmayacaq. Yalnız 800 manatından 10 % vergi tutulacaq, bu da 80 manat edir. Bunu ona görə etdilər ki, il ərzində dəfələrlə bəzilər buna qarşı etiraz edirdi. Deyirdilər ki, əmanət üzrə faizlərdən niyə vergi tuturlar və s. Vergi orqanı da belə bir jest edir”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq. Söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirlərinin vergidən azad olunmasından gedir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay