BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
35876

1 türk lirəsinin qiyməti 6 qəpikdən də aşağı düşüb. Bu barədə məlumat Mərkəzi Bankın rəsmi məzənnəsində qeyd olunub.

Rəsmi məzənnəyə görə, 1 türk lirəsi 0.0599 manat bərabər olub (100 lirə = 5,99 manat). 

Valyuta.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirir ki, qonşu dövlətlərdə gedən inflyasiyanın Azərbaycana həm mənfi, həm də müsbət təsiri olur.

Ümumiyyətlə qonşu dövlətlərdə artan inflyasiyasiyanın ümumi səbəblərdən baş verməsi bizə də təsir edir. Bununla əlaqədər həm mənfi, həm də müsbət təsirlər ola bilər. Bizim sərhəd boyunca qonşularımızdan yalnız Gürcüstanın valyutası möhkəmlənir. Qalan qonşularımızda xüsusilə, Rusiyada, İranda, Türkiyədə xeyli dərəcədə inflyasiya var. Qazaxıstanda, Türkmənistanda, Ermənistanda bir qədər valyuta baxımından sabitlikdir.
Azərbaycan valyutası ucuzlaşan ölkələrdən mal idxal etdikdə məzənnə fərqinə görə udur, yəni hansı ölkələrdə inflyasiya gedirsə, həmin ölkələrdən Azərbaycana idxal edilən məhsulların qiyməti ümumi hesabda aşağı düşür, onların malları ucuzlaşır. Məsələ burasındadır ki, biz həmin ölkələrə məhsul ixrac etdiyimiz halda müəyyən mənada uduzuruq. Yəni, bizim ixrac etdiyimiz məhsul ucuzlaşır, məzənnə fərqinə görə dəyər itirir. Həmin ölkələrdə insanların real gəlirləri aşağı düşür, alıcılıq qabiliyyəti azalır və bu da müəyyən əngəllər yaradır. Həm məzənnə efekti var, həm də bazarda alıcı məsələsi var”, - o əlavə edib.

Sədr qeyd edir ki, praktiki baxımdan qonşu ölkələrdə artan inflyasiya Azərbaycanda da inflyasiyanı stimullaşdırır.

"Dünya praktikasında ölkənin valyutası 3%-dən çox dəyər itirirsə, demək bu ölkədə inflyasiya problemi var. Azərbaycanda da bir neçə ildir ki, inflyasiya 2 rəqəmli olaraq davam edir. Deməli Azərbaycanda inflasiya problemi var. Qonşu ölkələrdəki inflyasiya Azərbaycan valyutasının da inflyasiyasını stimullaşdırır”, - Nəsirli deyib.

Onun sözlərinə görə, artan inflyasiyanın qarşısının alınması üçün Azərbaycanda ölkədaxili məhsul istehsalı artırılmalıdır.

"İnflyasiyanı həm xaricdən Azərbaycana təsirini azaltmaq, həm də daxili inflasiyanı stimullaşdıran məzənnə səbəblərini aradan qaldırmaq üçün ölkə daxilində mal istehsalı artmalıdır. Ölkənin daxili istehsalı çoxalmalıdır. Ərzaq məhsullarına görə, əsasən də kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına görə dünya idxalından asılı vəziyyətdəyik. Yerli tələbatın 50%-dən çoxunu idxal hesabına formalaşdırırıq. Bu da ölkədən valyuta axınına səbəb olur. İdxal olunan hər bir məhsul valyutaya alınır. Məsələn, il ərzində  Azərbaycanda ərzaq idxalına təxminən 3 milyard dollar vəsait xərclənilib. Əgər biz 3 milyard dollarlıq məhsulu ölkə daxilində istehsal etsəydik, 3 milyard dollar ölkədən xaricə çıxmayacaq idi. Bu da manatın möhkəmlənməsinə gətirib çıxara bilər. Yəni xarici valyutaya tələbat azalacaqdı. Xarici valyutaya tələbatın azalması da milli valyutanın möhkəmlənməsinə səbəb olan əsas amillərdən birdir. Bizdən valyuta çıxışı çoxalanda bizim daxildə xarici valyutamız azalır. Hökumət məcbur qalır manatın məzənnəsini saxlamaqdan ötrü bazara 200-250- milyon dollar vəsait ayırır. Həmin vəsaitlər əsasən xaricdən məhsul idxalı üçün tələb olunan valyutanı qarşılayır. Bizim ən böyük problemimiz ölkə iqtisadiyyatının idxaldan asılılığdır. Biz bu aslılığı aşağı salsaq, ölkə daxilində inflasiya təzidi azalacaq”, - sədr vurğulayıb.

Ötən il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.0912, 2021-ci il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.2313,  2020-ci il noyabrın 3-də 1 türk lirəsi 0.2015 manat olub.

Türkiyə lirəsi Azərbaycan manatı qarşısında Son 12 ayda  34,3%, son 24 ayda isə 66% ucuzlaşıb.

©Anews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

Azərbaycanda regional və xarici bankların açılamasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin