"Bağlanan bankdakı kreditlərin üzərinə faiz gəlir, əmanətlərin yox..." - Ekspert
"Bağlanan banklardan götürülən kreditlərin üzərinə faiz gəlir, vətəndaşların banka qoyduğu əmanətlərin isə üzərinə faiz gəlmir. Bu ciddi problemdir".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bağlanan bankda əmanəti qalan vətəndaşların vəsaitinin üzərinə qaytarılanadək gəlir hesablanmaması hallarını izah edərkən deyib.
Əkrəm Həsənov qeyd edib ki, bu qanuna yenidən baxılmalıdır:
"Qanunda dəyişiklik edilməlidir. Bu ədalətli qanun deyil. Bağlanan bankda əmanətin üzərinə faiz gəlmir. Düzdür, indi qanunu dəyişiblər. Yaya kimi qanunda belə idi ki, Əmanətlərin Sığortalanması Fondu 3 aya kimi vəasiti qaytarmalıdır. İndi isə bur vaxt bir aya enib. Bəzən problemlər olur, bu səbəbdən də vətəndaş məcbur olub məhkəməyə üz tutur".
Əkrəm Həsənov deyir ki, bağlanan banklarda kreditdən faiz istəyirlər:
"Bəzilərinin bankda həm əmanəti qalıb, həm də krediti. Kreditinin üzərinə faiz gəlir, əmanətinin isə yox. Bu dəyişilməlidir".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay