Azərbaycan Sənaye Bankının aktivləri niyə azalıb? - Ekspert səbəbləri açıqladı
Azərbaycan Sənaye Bankı 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan belə anlaşılır ki, bankın aktivləri bu müddətdə 40 milyon, mənfəəti 1 milyon manata yaxın azalıb. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz və ya 857 min azalaraq 3 milyon 480 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bankın xalis mənfəəti 4 milyon 337 min manat olub.
Maliyyə-bank eksperti Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan Sənaye Bankının akvivləri və ona uyğun olaraq mənfəətinin azalması onun riskə getməkdən çəkinməsinin nəticəsidir:
"Sözügedən bankın akrivlərinin azalması bankda vəsaitlərinin az olması ilə bağlıdır. Deməli bank az miqdar pulu olduğundan az miqdarda da kredit verib. Bu o deməkdir ki, bankın fəaliyyəti əvvəlki kimi aktiv deyil, zəifləyib. Amma bu bankın vəziyyətinin pis olması anlamına gəlməməlidir. Ola bilər ki, bank riskə getməmək üçün az kredit verib. Mənfəətin azalması isə gəlirinin az olmasından irəli gəlir. Bank az miqdarda kredit verirsə, yekunda aydındır ki, mənfəəti də az olacaq. Lakin bunun özü də bankın vəziyyətinin pis olması demək deyil. Həmin bank ola bilsin az kredit verir, ona görə də az qazanır. Bu səbəbdən də riskə getmək istəmir. Bütün hallarda hər bir bankın vəziyyətinin pis olması yalnız onun problemli kreditlərinin çox olması ilə bağlıdır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay