Bankların bu tələbi qanunsuzdur - Ekspert
"Banklarda kart bağlanışının həyata keçirilməsi zamanı tələb olunan rüsum qanunsuzdur".
Bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Mülki Məcəllənin borc müqaviləsi hissəsinə dəyişikliklər qüvvəyə minib:
“Həmin dəyişiklərin müəllifi mən və alman professoru Piter Krepsdir. İllərlə hazırladığımız layihə qəbul olunub. Bir aya yaxınıdır ki, qanun qüvvəyə minib. Görünür bəzi bankların bundan xəbəri yoxdur. Qanunun 746-5.1 maddəsində deyilir ki, istehlak kreditləri müqaviləsi üzrə istehlakçının borc verənə hər hansı ödənişinə, habelə borcverənin istehlakçıya məlumat verməsinə görə haqq alına bilməz. Mən deyirəm ki, kart hesabımı bağlanıb ya yox, bu barədə məlumat verin. Bütün bunlar da rüsum həyata keçirilir”.
Vəkil bildirib ki, yeganə istisna 746-2.2.17-ci maddədə əks olunub:
“İstehlakçının müqavilə müddətində sorğu əsasında ödənişsiz olaraq kreditin qalığı barədə hesabdan çıxarış (kağız daşıyıcı) verməlidir. Yəni, hesabdan çıxarış istəmirsiniz ki, karta dair məlumat pulsuz verilməlidir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay