İpoteka kreditinə maraq niyə artır? - Ekspert səbəbləri açıqladı
“Düşünürəm ki, İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı vəsaitlər əmlak bazarının inkişafına və eyni zamanda insanların daha çox ipoteka ilə mənzil şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ayrılan 349,6 milyon manat kreditlə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, fondun təqdim etdiyi faiz bankların ölkə üzrə ən aşağı faizi hesab olunur:
“Bu il sentyabr ayında Prezidentin imzaladığı sərəncama əsasən, İpoteka Fondunun nizamnamə kapitalı daha 87 milyon artırılaraq, 980 milyon manata çatıb. Azərbaycanda İpoteka Fondu tərəfindən təmin edilən kreditlərin faizi ən aşağı faizdir. Digər özəl banklara baxanda müvafiq olaraq güzəştli kreditlər 4%, güzəştli olmayan kreditlər isə 4-7% arasındadır ki, bu da bəzi hallarda insanların marağına səbəb olur. Bu gün Azərbaycanda insanlar daha çox ev almağa üstünlük verir. Bu baxımdan ipoteka daha çox maraq doğurur”.
Eyyub Kərimli hesab edir ki, ipoteka kreditlərinin artması eyni zamanda əmlak bazarının genişlənməsinə, yeni tikililərin armasına müsbət təisr edir:
“Bu da əsaslı vəsait kimi ölkə iqtisadiyyatının inkişafına müəyyən təsirlər edir. Daşınmaz əmlakın qiymətinin artmasına da səbəb olur. Bu gün infliyasiya ilə əlaqədar əmlak qiymətləri artır. Bu da öz növbəsində kreditin məbləğinin artmasına təsir edir. Bu gün xalqımız əmlaka qoyulan vəsaitə investisiya vəsaiti kimi yanaşır. İnsanlar daşınmaz əmlaka daha çox vəsait yatırmaq istəyir”.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 349,6 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 % çoxdur.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay