
“İş həyatında “ailə” deyə bir məfhum mövcud deyil - Rəhbərlərin səhvləri
“Demək olar ki, bütün gənc rəhbərlərin etdiyi yanlışlardan birincisi “Biz bir ailəyik” yanaşmasıdır. İş həyatında “ailə” deyə bir məfhum mövcud deyil”.
Bunu Valyuta.az-a açıqlamasında idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir söyləyib.
A.Kandemir deyib ki, iş həyatında münasibətlər qarşılıqlı mənfəət üzərində qurulur: “İşçilər gündəlik 8 saatlarını müəyyən məvacib qarşılığında sahibkara kirayə verirlər. Rəhbər olaraq sizin də işçilərə münasibətiniz tamamilə professional və qarşılıqlı mənfəət çərçivəsində olmalıdır. Özünüzü işçilərə sevdirmək, iş yerində isti və bağlılıq əsasında mühit yaratmaq üçün “ailə” məfhumundan istifadə etməyiniz ən böyük yanlışdır. Çünki ailələrdə valideyn nə olursa-olsun övladını çölə atmaz, onun səhvlərinə dözər. İş həyatında belə bir şey ola bilməz”.
A.Kandemir bildirir ki, əgər işçilərinizə ailə düşüncəsi ilə münasibət göstərsəniz, onlardan nə isə tələb etməyiniz, etdiyi səhvlər qarşısında hansısa reaksiya göstərməyiniz çətinləşəcək: “İşçilər 9-dan 6-ya qədər aldıqları maaşın qarşılığını vermək üçün çalışmalıdırlar. Rəhbər olaraq siz də təsisçinizdən bunun üçün pul alırsınız və aldığınız pul qarşılığında işçilərinizi maksimum çalışdırıb onlardan maksimum fayda götürməlisiniz. Siz yaxşı valideyn olmaq üçün yox, işçilərdən maksimum fayda götürmək üçün pul alırsınız. Ona görə, “Biz bir ailəyik” devizindən əsla istifadə etməməlisiniz”.
Qarakişi Vəlizadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay