BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

“Manata hər hansı bir təhdid gözlənilmir”.

Bu fikirləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov “ABŞ-ın dövlət borcunun rekord həddə çatması, bununla Federal Ehtiyatlar Bürosunun dövriyyə daha çox dollar buraxması ehtimalı, Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini qaldırması kimi dünyada baş verən iqtisadi proseslərin fonunda manatı nə gözləyir" sualını şərh edərkən səsləndirib.

Eldəniz Əmirov qeyd edib ki, ABŞ uzun müddətdir dünyanın ən çox borc alan dövlətidir, hələ bir müddət də belə davam edəcək:

“Bu, ABŞ üçün heç bir təhdid yaratmır. Ona görə ki, bu borcları Amerikadan istəmək iqtidarında olan, bunu tələb şəklində qoyan elə bir güc yoxdur. O ki qaldı Türkiyəyə, təbii ki, qardaş ölkənin həm borcu, həm milli valyutasına olan təzyiq, həm inflyasiya iqtisadiyyatı üçün ciddi təhdidlər yaradır. Ona görə də uçot dərəcəsini artırmaqla Türkiyə müəyyən qədər inflyasiyanı cilovlamağa, iqtisadi aktivliyin müəyyən problemlərini həll etməyə çalışır və bu səbəbdən sərt monetar siyasət həyata keçirir”. 

İqtisadçı deyib ki, Azərbaycanda vəziyyə bir az fərqlidir:

“Ölkədə manatın müdafiəçisi kimi çıxış edən bir neçə mərkəzi icra hakimiyyəti orqanı qrum var. Bunlardan da birincisi kimi Mərkəzi Bank çıxış edir. Mərkəzi Bank ölkədə makro iqtisadi tarazlığın qorunub saxlanılması üçün manatın məzənnə stabilliyinə üstünlük verir. Manat ABŞ, Rusiya Türkiyə və s. ölkələrdə olduğu kimi iqtisadi metodlarla deyil, inzibati metodlarla tənzimlənir. Sadə dillə ifadə etsək, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən konkret olaraq müəyyən edilir, yəni onu bazar tənzimləmir. Buna görə də manata hər hansısa bir təzyiq, problem yoxdur. Böyük ehtimalla il sonuna qədər bu məzənnə sabit qalacaq”.

Bəs bu əminliyi yaradan nədir?

"Bu əminliyi yaradan ölkənin mövcud valyuta ehtiyatları, neftin hazırkı qiyməti manata olan təzyiqi asanlıqla aradan qaldırmağa imkan verir. Ümumiyyətlə xarici mühitin kifayət qədər yaxşı olması Mərkəzi Banka valyuta bazarında da tarazlığı qorumağa imkan verir. Mərkəzi Bankın keçirdiyi hərracların 99 fizində təklif çox, tələb az olub. Yəni Mərkəzi Bank sadə dil ilə ifadə etsək, tələbdən daha artıq dollar sata bilir. Ona görə də Mərkəzi Bankın fəaliyyətində alış yönlü istiqamət daha çoxdur".

Davud
 

Son xəbərlər

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlandı

Bütün xəbərlər