BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

“Prinsipcə hər bir xidmətə, işə zəhmət çəkilirsə, bu, pulsuz olmamalıdır”. 

Bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov son günlər bəzi bank müştərilərinin bankların onlara göstərdiyi sms xidmtələri üçün aylıq xidmət haqqı tutmasının səbəblərinə aydınlıq gətirərkən deyib. 

Ekspert bildirib ki, doğrudur, bəzi banklar bu xidməti pulsuz göstərir, lakin bu, o demək deyil ki, onların buna vaxtı, səyi, xərclədiyi pulunun qarşılığı olmasın:

“Sadəcə bu pullar müştərilərdən başqa yollarla qazanılır, ona görə də bank sms xidmətindən pul tutmur, müştərini bu yolla cəlb edir. Bu qanunidir, bütün dünyada qəbul olunmuş prinsip budur ki, az və ya çox olmaqla istənilən xidmətə görə ödəniş olmalıdır”. 

Əkrəm Həsənov deyib ki, ədalət nöqteyi nəzərindən də bu xidmətə görə haqq tutulması doğrudur:

“Tutaq ki, mən bank kartımda pul saxlayıram, bankda hesabatla bağlı vaxtaşırı məlumatlar verir. Siz gedib bankdan kredit alıb, onlara faiz ödəyirsiniz. Bank sizə də, mənə də xidmət göstərir. Azərbaycanda çox yayılıb ki, bank kredit alandan daha çox faiz tutur, bankda öz pulunu saxlayandan isə pul tutmur. Bəs bu nə deməkdir? Deməli, bank mənim xidmət haqqımı da sizin kreditinizdən tutur. Bu da ədalətli deyil. Belə çıxır ki, mənə xidmət pulsuz göstərilir, sizə isə yox”. 

Ekspert qeyd edib ki, indi hamı kreditlər üzrə faizlərin çox olmasından şikayətlənir:

"Azərbaycan banklarında belə bir psixologiya var ki, “kredit alanın canı çıxsın, çox ödəsin, bankda pul saxlayandan isə pul tutmayım”.
Bu kredit faizlərinin çox olmasının səbəbi də bankın qeyri-kredit xidmətlərinin haqqını da kredit ödəyənlərdən tutmasıdır. Nəzərə almalıyıq ki, bank kimə xidmət göstərirsə, bu xidmətin haqqını hardansa bağlamalı və qazanc da əldə etməlidir. Bu səbəbdən də hər kəsə göstərilən xidmətə görə ayrıca ödəniş alınması doğrudur”.

Davud

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər