BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Azərbaycanda qohumbazlıq hissi qüvətlidir. Biz bunu hər yerdə müşahidə edə bilirik. Hətta şirkətlərdə belə müdirin qohumlarını işə götürməsi təəccüblü hal deyil. Bəs bu işdəki ab-havaya necə təsir edir? 

Peşəkar idarəçi Fəxri Ağayev Valyuta.az-a bildirdi ki, qohumbazlıq biznes mühitini korlayan məqamlardan biridir: “Qohumbazlıq bu gün Azərbaycan iş dünyasında metastaz verən xərçəng xəstəliyidir. Bu kimi qərarların verilməsində əsasında “etibar” prinsipi yatır. Təəssüf ki, bəzi sahibkar və biznes rəhbərlərinin bilik səviyyəsi, psixologiyası, idarəçilik bacarıqları və ümumi baxış bucağı geniş olmadığına görə ön plana “etibarlılıq” meyarı çıxmaqdadır. Müdirin qohumu şirkətdə vəzifə aldığında ilk olaraq şirkət daxilində ədalətə inanma azalacaq və ya daha öncə də bu hallar olubsa, yox olacaq”.

Fəxri Ağayev deyir ki, qohumların işə götürülməsi işçilərin güvənini sarsıdır. Belə olduqda, işçilərin işləmə qabiliyyəti də zəifləyir: “İnsanlar ədalətsizliyə inandıqlarına görə şirkətə qarşı sadiqlik və güvən azalacaq. Buna əlavə olaraq, komanda üzvləri işə qarşı rəsmi, səthi və həvəssiz yanaşacaqlar. Təsəvvür edin ki, firmanın bütün bölmələrinin əməkdaşları - anbar, marketinq, satış, mühasibatlıq və s. işə qarşı az da olsa, daha soyuq yanaşmağa başlayırlar. Şirkətin vəziyyəti yalın gözlə görünəcək şəkildə azalacaq”.

Peşəkar idarəçinin sözlərinə görə, əksər hallarda vəzifəyə təyin edilən qohumun bilik və savadı olmur: "Öz tərcübəmdə bu halları çox görmüşəm. Bu hallar bəzən şirkət üçün olduqca böyük itki və zərərlərlə nəticələnir. Bu mövzuya münasibətim belədir: əgər rəhbərin qohumunun savadı varsa, o zaman onun sahibkar qohumuna ehtiyacı yoxdur. Əgər qohumun savadı yoxdursa, o zaman sahibkarın ona ehtiyacı yoxdur".

Həmsöhbətimiz qohumbazlıq fenomeninin biznesə mənfi təsirlərindən də danışdı. O, qohumbazlığın 4 mənfi təsirini vurğuladı: " Birincisi, qohumların işləmək üçün motivasiyaları olmur. Şəxsi əlaqələrə güvəndiklərinə görə peşəkar inkişafa meyilli deyillər, amma eyni səbəbə görə də karyera inkişafını gözləyir və istəyirlər. İnkişaf və yüksəlmə motivasiyası olmayan insan öz üzərində işləməyə ehtiyac da görmür. İkincisi, qohumlar qohum olmayan peşəkarlara qarşı qısqanc davranırlar və bu da daim şirkət üçün ciddi sıxıntılar yaradır. Məlumat tam və ya qismən təmin edilmir, tələlər qurulur, qruplaşmalar yaradılır və s. Şirkət daxilində əməkdaşların və idarəçilərin enerjiləri daxili mübarizəyə xərclənir. Üçüncüsü, təcrübəm göstərir ki, biznesdə dəyişikliklərə ən çox qohumlar müqavimət göstərirlər. Bu müqavimət bəzən emosional şəkildə olur. Dördüncüsü, şirkət daxilində toxunulmaz bir elitanın yaranması şirkətdə ədalətsizlik ab-havası yaradır. Qohumlara qarşı bir az daha diqqətli, bir az daha həssas, nöqsanlarına və səhvlərinə qarşı bir az daha anlayışlı davranıldığı zaman digər komanda üzvlərinin motivasiyası azalır".

Nuray 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər