BAKU Azərbaycan
12.03°C
32944

Bu yaxınlarda bir çox insanın telefonuna ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün mesajlar göndərilib. İkimərhələli təsdiqləmə nə üçün vacibdir? Bunu niyə aktivləşdirməliyik?

İT mütəxəssisi Elvin Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, ikimərhələli təsdiqləmə təhlükəsizliyimiz üçün vacibdir: "Son zamanlarda "Whatsapp"la bağlı bir sıra problemlər yaşandı. Kim ikili təhlükəsizliyi aktiv etməmişdisə, həmin şəxslərin hesabları ələ keçirildi. Ümumiyyətlə, günümüzdə istifadə etdiyimiz istər korporativ, istərsə də şəxsi mail ünvanlarına belə ikili təhlükəsizlik sistemi lazımdır. Fərz edək ki, bir şəxs bizim mail ünvanımızı və kodumuzu bilir. O rahatlıqla bizim mail ünvanımıza daxil ola və istənilən şəxsə istər təhqiramiz, istərsə də hər hansı bir qeyri-ciddi ifadələr bildirə bilər. İnformasiya (məlumatların) təhlükəsizliyinin qorunması üçün adicə korporativ qurumlarda e-mail-lərdə ikili təhlükəsizlik faktorunun tətbiq edilməsi mütləqdir".

E.Həsənov ikimərhələli təsdiqləmə metodlarından danışdı: “Əgər hesabının adını, kodunu bilən şəxs hesaba daxil olmağa cəhd göstərsə, ikinci təsdiq kodu tələb edəcək. İkinci təsdiq kodu SMS, telefonda olan hər hansı bir proqram vasitəsilə göndərilə bilər. Yaxud biz bunu hər hansı fləşkart vasitəsilə də təsdiqləyə bilərik. Bundan başqa digər təsdiqləmə metodları ola bilər. İkili təsdiqləməyə sadə bir misal bunu göstərmək olar ki, mailə və yaxud bir sıra sosial şəbəkələrə daxil olan zaman bizdən müəyyən pazlı düzəltməyi tələb edir. Bu pazl özü də ikili təhlükəsizlik faktordur. Bu pazlla hesaba daxil olmaq istəyən şəxsin robot olub-olmaması yoxlanılır”. 

Mütəxəssis qeyd etdi ki, hesabımızın şifrəsi müxtəlif kiber üsullarla ələ keçirilə bilər: “Müxtəlif sosial şəbəkələrdə və "Whatsapp" kimi proqramlarda siz hesabın kodunu heç kimə deməsəniz belə, müxtəlif kiber üsullarla sizin parolunuzu ələ keçirə bilərlər. Bunu ən sadə örnəyi "Whatsapp"a gələn bu tərzdə mesajlardır: “Siz lotoreyanın qalibi olmusunuz. Bu linkə daxil olaraq pulunuzu alın”. Siz hər hansısa linkə keçid edərək cihazınızın daxilindəki məlumatlara əlçatanlığına icazə versəniz, bütün məlumatlarınız qarşı tərəfin bazasına köçürüləcək. Bu zaman sizin telefonunuzda olan hesab şifrələri belə qarşı tərəfin əlinə keçə bilər. Buna görə ikili təhlükəsizliyin bütün sosial media hesablarında, "Whatsapp"da, "İnstagram"da, "Telegram", "Facebook" və s-də aktiv edilməsi mütləqdir”.

Qarakişi Vəlizadə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi

Google süni intellektin redaktə etdiyi şəkilləri ayıracaq

Bütün zamanların ən varlı adamı sərvətini necə itirdi? Hər şey iki dəqiqədə oldu...

"Alibaba" ABŞ-da səhmdarlara 433,5 milyon dollar ödəyəcək - Məhkəmə işi

Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb

"ASKfm" bu tarixdən fəaliyyətini dayandırır

Xaricə spirt satışından 75 milyon dollar qazanmışıq - Gəlirimiz artıb

Həm cəlbedici, həm də riskli - Dollarla qoyulan əmanətlər

Ölkədaxili nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb

Qızılın dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri - AÇIQLAMA

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb

"Beşiktaş" klubu ciddi maliyyə problemləri ilə üz-üzə - 12 milyardlıq borc

İsveçdən Ukraynaya 110 milyonluq yardım - Detallar

Frilanser işi qəbul edərkən nəzərə alınmalı 4 nüans

Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasının qüvvəsini bərpa edib

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Deputata məxsus olduğu deyilən şirkət bu dəfə Naxçıvanda milyonluq tender qazandı

Alimlər dünyanın ən kiçik kvant kompüterini kəşf etdilər

Mazut istehsalı 5 dəfədən çox artıb

Nazirlərin noyabrda qəbul cədvəli

Azəristiliktəchizat-ın qış hazırlığı - İsinə biləcəyikmi?

BRİKS-in vahid valyuta müzakirələri nəticə verəcəkmi? - Ekspert

Ukraynanın ən böyük şirkəti 4 milyarda azərbaycanlıya satıldı

İqtisadiyyatımızın kiçik və böyük problemləri - Həllinə hardan başlayaq?

Ermənistanın XİN başçısı COP29-a dəvət olunub

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

"Yüksək effektli insanların 7 vərdişi" - KİTABÇI

Sabahın hava proqnozu

Rusiya Türkiyədə ikinci AES tikəcək? - Ərdoğandan ruslara təklif

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin