BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

İşə həvəssiz gedən, həftəsonunu iplə çəkənlərdən fərqli olaraq bəzi insanlar var ki, işləri onlar üçün hər şeydir. İşlərini həyatlarının mərkəzlərinə qoyurlar. Son dönəmlərin məşhur sözü olan “işkolik” bu əsnada tam yerinə düşür. Bəs işkolik işçilər nə qədər arzuolunandır?

İnsan resursları mütəxəssisi Dəyanət Ağayev Valyuta.az-a bildirdi ki, əsas işçinin çox deyil, effektiv işləməsidir: “İşçi gündəlik iş saatlarını effektiv işləyərsə, kifayətdir. Çox işləyib az effekti olan işçilər də var. Balansı qorumaq ən gözəlidir”.

Dəyanət Ağayev çox işləyən insanların bir müddət sonra tükəndiyini deyir. Onun fikrincə, iş qədər istirahət etmək də vacibdir: “Uzun periodda gündəlik olaraq çox işləyən insanların performanslarının zəifləməsi ehtimalı daha böyükdür. İşçi növbəti iş günü üçün normal dincəlməli və il ərzində məzuniyyət hüququndan da istifadə etməlidir. Əks təqdirdə işçi fiziki və zehni olaraq yorulur və iş effektiliyi aşağı düşə bilir. Amma bunlar “işkolik” insanların pis olması anlamına gəlmir. Özlərini uzun müddətli yaxşı formada saxlamaq istəyirlərsə, həm işi, həm də istirahəti nəzərə almalıdırlar”.

İnsan resursları mütəxəssisi öz təcrübəsində də “işkolik”lərin zamanla zəiflədiyini müşahidə edib: “Həddindən artıq işləyən işçinin anidən işə yanaşması dəyişib və işə həvəsi azalıb. Hətta işdən bir müddət çıxan və heç bir şey etməyənlər də olub”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov işgüzar insanların əsas xüsusiyyətlərindən danışdı: “İşkoliklik sağlamlığa, xoşbəxtliyə və digər insanlarla münasibətlərə xələl gətirəcək dərəcədə işə həddindən artıq və idarəolunmaz ehtiyac duyulması kimi müəyyən edilir. Bu insanları həddindən artıq işləmək səbəbindən başqa fəaliyyətlərdən uzaq olmaq, işini həddindən artıq sevmək, hətta ona aludə olmaq, işləmədiyi vaxtlarda da işi haqqında düşünmək, sağlamlığının pisləşməsi kimi xüsusiyyətlərlə müəyyən edə bilərik. Bu iş asılılığı mükəmməlliyətçi olmaq və həddindən artıq mütəşəkkil olmaq səbəbiylə digər insanlarla münasibətlərə təsir göstərir”.

Elnur Rüstəmov “işkolik” insanla çalışqan insanlar arasında fərq olduğunu deyir: “İşkolik olmaq bəzən çox çalışmaq kimi xüsusiyyətlərlə qarışdırıla bilər. Çalışqan və işkolik olmağın ümumi xüsusiyyəti uzun iş saatlarıdır. Ancaq iki vəziyyət çox vacib bir məqamda fərqlənir. Bu, insanın motivasiyasıdır. Deyə bilərik ki, çalışqan insanın motivasiyası istehsaldır, işkolikin motivasiyası isə uğur və işi bitirməkdir”.

Psixoloq bildirdi ki, işkolikliyin mənfi tərəfləri çoxdur: “İşə çox fokuslanmaq stressli auraya səbəb olur. İşkolik insanların zəif şəxsiyyətlərarası münasibətləri və özlərinə qarşı stresli həyat müəyyən bir nöqtədən sonra tükənməyə səbəb olur. İş vərdişlərini tənzimləməkdə çətinlik çəkdikləri üçün fərdi imkanlarını fiziki və mənəvi cəhətdən gərginləşdirirlər. Bu vəziyyət bütün psixoloji və fiziki pozğunluqlara səbəb olur”. 

Elnur Rüstəmov işkolik insanların sonradan rastlaşdığı problemləri də vurğulayıb: “Bununla belə, işkoliklərin şikayətlərinin çoxu münasibətlərdəki problemlər, bədbəxtlik, qəzəb, yuxu problemləri və ağrı şikayətləridir. İşkolikliyin ümumi qəbul edilmiş tibbi tərifi olmasa da, stressin bəzi formaları, impuls nəzarəti pozğunluğu, obsessiv-kompulsiv şəxsiyyət pozğunluğu və obsessiv-kompulsiv pozğunluqla bağlı ola bilər”.

Bu dəmdə Nizami Gəncəvinin şeirindəki misralar yerinə düşür: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

Nuray

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər