Əhalinin banklardakı depozitlərinin həcmi 2 dəfə azalıb: Səbəb nədir?
“Bir müddət öncə depozit gəlirlərindən 10% vergi tutulması ilə bağlı qərarın qəbulu depozit məbləği az olan insanlara müəyyən problemlər yaratdı. Onların depozit qoymaqdan soyutdu”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bu il əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınmasının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, kiçik həcmli depoziti olan şəxslər qazandıqları illik gəlirlərindən 10% vergi verməli olur ki, bu depozitlərə marağın müəyyən dərəcədə azalamasına gətirib çıxarıb:
“İyul ayında depozitlərdəki azalmanın miqdarının böyük olması isə bir çox səbəbləri ola blər. Əsas səbəblərdən biri odur ki, yay aylarında hamı istirahət etmək istəyir. Bəzi insanlar öz depozitlərini götürüb istirahət üçün xərcələyib, məsələn, məktəbə hazırlıq üçün, yaxud da universitetlərə ödənişlərlə ilə bağlı xərcləyiblər”.
Natiq Cəfərlinin fikirincə, bunun obyektiv səbəbləri də ola bilər:
“Depozitlərdən vergi tutulması ölkə üzrə çox böyük məbləğ eləmir, amma insanları depozitlərə marağının azalmasına səbəb olan faktorlardan birinə çevirir. Məncə bu verginin ləvğ edilməsi və yaxud da dayandırılması daha doğru qərar olardı ki, insanların depozitlərə yönlənməsi daha da artsın”.
Qeyd edək ki, bu il əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb. Biri bu ilin fevral ayında depozit məbləği 27 milyon manat azalıb. İkincisi isə avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay