Bu qablarda qida saxlamaq sağlamlığınıza ziyandır - Professor xəbərdarlıq etdi
“Azərbaycan bütün ölkələr kimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əməl etməlidir”.
Bunu Valyuta.az-a açıqlamasında professor Adil Qeybulla plastik qabların insan orqanizminə zərərlərindən danışarkən deyib.
Professor bildirib ki, bu genofondun qorunması üçün daha vacibdir:
“Plastik qablarda ərzaq maddələrinin saxlanılması məsələsi çoxdan gündəmdədir. Bu qabların günəş şüalarının və eləcə də müxtəlif təsirlərdən uzun müddət qaldıqda toksin maddələrinin təsiri qalır. Bir müddət istifadə olunmasına baxmayaraq, hazırda sənayedən plastik qabların yığışdırılması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının qərarları var. Bu xəstəliklərin nəzarət və proflaktika mərkəzlərinin apardığı tədqiqatlar nəticəsində verilmiş rəydir. Artıq xeyli ölkələr plastik qablardan istifadə ilə bağlı istifadəyə qadağa qoyub”.
Adil Qeybulla hesab edir ki, müxtəlif xeyir-şər məclislərində, kütləvi yerlərdə şüşə qablardan istifadə daha məqsədəuyğundur:
“Hazırda sınmayan şüşə qablar var, onlardan istifadə edə bilərik. Bu orqanizm üçün daha təhlükəsizdir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay