Bank kredit borcuna görə maaşın 100 faizini tuta bilər? - Əkrəm Həsənov
“Heç kəs məcburən hansısa bankın müştərisi edilə bilməz. Bu bizim mükli məcəlləyə ziddir. Vətəndaş istəlinən halda həmin bankın xidmətlərindən imtina edə bilər”.
Bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov krediti gecikən vətəndaşların bank tərəfindən maaşlarının 100% tutulması hallarının hüquqi əsaslarından danışarkən deyib.
Vəkil bildirib ki, vətəndaşlar belə hallarda işlədiyi qurumun rəhbərliyinə yazılı şəkldə müraciət etməlidir:
“Bəzi vətəndaşların maaş kartı elə onun kredit götürdüyü banka aiddir. Kredit borcu yaranan kimi bank onların borcunu maaş kartından çıxarır. Bu o deməkdir bankla müştəri müqaviləsi var. Yəni, əgər onun banka borcu yaranarsa, bank maaşından və digər hesablarından tuta bilər. Bu baxımdan bank qanunu pozmur”.
Əkrəm Həsənov bildirib ki, maaşları kredit borcuna görə çıxılan vətəndaşlar həmin banka məxsus kartını bağlatdıra bilər:
"Vətəndaş iş yerinə müraciət edə bilər ki, maaşını həmin banka deyil, digər banka köçürsünlər. Bu vətəndaşların borcudur. İş yeri isə ona deyə biməz ki, mən sənin maaşını A banka yox, B bankına ödəyəcəm. Belə olan halda bank onun maaşından pul çıxara bilmir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay