Əhalinin banklardakı əmanətləri azalıb: Səbəb nədir?
“Görünür ki, kiminsə əmanət müqaviləsinin müddəti başa çatıb və onu hansısa səbəbdən uzatmaq istəmir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alındığının səbəblərini açıqlayarkən deyib.
Vəkil bank sistemi üçün bir aylıq azalmanın böyük rəqəm olmadığını vurğulayıb:
“Yəni, bu bir neçə ay davam edən tendensiya deyil. Fevral ayından sonra artım müşahidə olunub. Gələn ay düzələcək”.
Əkrəm Həsənov bunun səbəbini yay ayları ilə izah edib:
“Baxırsan, 10 adamdan 5-i istirahətə gedir. Sentyabrda yeni tədris ili ilə bağlı ödənişlər edir və s. Düşünürəm ki, bununla əlaqədardır”.
Qeyd edək ki, əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay