Yaxın 3 ildə manatın məzənnəsi dəyişməyəcək? (ŞƏRH)
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.
İNG-nin proqnozuna görə, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq. Buradan belə çıxır ki, qarşıdakı 3 il ərzində manatın məzənnəsi dəyişməyəcək.
Valyuta.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov uzunmüddətli dövr üçün proqnoz verməyin riskli olduğu qənaətindədir:
“İNG kimi təşkilatların verdiyi bu sayaq proqnozlar onların ya işin mahiyyətindən məlumatsız olmalarından, ya da proqnoz naminə proqnoz vermək niyyətlərindən doğur. Mövcud vəziyyətdə Azərbaycan manatının dayanıqlığına heç bir şübhə yoxdur. Bütün göstəricilər manatın dayanıqlı olmasına xidmət edir. Neft amilindən asılılığımız bilirsiniz ki, kifayət qədərdir. Neftin qiymətinin hazırda sabit dəhlizdə olması, idxal-ixrac əməliyyatı arasındakı balansın profisitli və kifayət qədər maliyyə ehtiyatının olması, başlıcası isə ÜDM-də xarici borcun nisbət fonunda 10 faizə qədər enməsi manatın dayanıqlı olmasına xidmət edir. Amma İNG təşkilatı kimi belə uzun müddətli proqnozlar vermək risklidir. Lakin onu deyə bilərəm ki, yaxın və orta müddətli dövrdə manatın məzənnəsi ətrafında hər hansı problem olmayacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay