Hansı halda müştəri bankdan faiz tələb edə bilər?
“Əgər kredit vətəndaşa müqavilədə göstərilən müddətin pozulması ilə verilirsə, müştəri məhkəməyə müraciət edə və həmçinin məhkəmə qaydasında faiz də tələb edə bilər”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Əkrəm Həsənovun sözlərinə görə, bu tərəflərin bağladığı müqavilədən asılıdır:
“Bir qayda olaraq müqavilədə kreditin hansı dövr ərzində verilməsi göstərilir. Məsələn, orada göstərilir ki, müqavilə bağlandıqdan bir həftə ərzində bank həmin vəsaiti kredit götürən tərəfə ödməlidir”.
Vəkil bildirib ki, vaxtında vəsaiti ödəmədiyinə görə müştəri bankdan faiz də tələb edə bilər:
“İllik 5% tələb edə və yaxud da müştəri müqaviləyə xitam verə bilər. Müştəri deyə bilər ki, daha istəmirəm, gözlədiyi müdətdə ona vurulan zərərin əvəzini tələb edə bilər”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay