Ərzaq məhsullarındakı qiymət artımı nə vaxta qədər davam edəcək? (ŞƏRH)
“İnflyasiya və bahalaşma ilə bağlı proqnoz vermək çətindir. Çünki bu, dünyada gedən proseslərdən asılıdır və Azərbaycan da bu prosesin bir hissəsidir”.
Bu sözləri Valyuta.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli bu ilin 6 ayında qida məhsullarında baş verən qiymət artımının səbəbləri haqqında danışarkən deyib.
İqtisadçı deyib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə cari ilin 6 ayında müəyyən məhsulların qiymətində artım baş verib:
“Əgər biz iyun və iyul aylarını müqayisə etsək görərik ki, həmin məhsullarda müəyyən ucuzlaşma müşahidə olunurdu. Bildiyimiz kimi, çörəyin qiymətində azalma baş verdi, dünyada taxılın qiymətinin ucuzlaşmasına bağlı olaraq bəzi un məmulatlarının qiyməti ucuzlaşdı, bundan başqa tərəvəz və meyvələrin qiymətində mövsümlə bağlı olaraq ucuzlaşma müşahidə olundu. Bahalaşma isə əsasən zeytun yağında, ət məhsullarında, gilasda, ərikdə, çuğundurda və şəkər tozunda müşahidə olunurdu. Sözsüz ki, bunlar dünyada başverən proseslərlə əlaqəlidir”.
Eyyub Kərimli düşünür ki, bu ərzaqların növbəti aylarda da bahalaşması müşahidə olunacaq:
“Bildiyimiz kimi yay mövsümü bitəndən sonra meyvə-tərəvəzin qiymətində bahalaşma olacaq, bu da ümumi qiymət artımına təsir edəcək. Dövlətin ilin əvvəlində proqnozlaşdırdığı inflyasiya göstəriciləri də artırıldı. İlin əvvəlində bu il üçün inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılırdısa, indi bu rəqəm 10 fazin üzərindədir və daha çox olacaq”.
İqtisadçı deyir ki, ölkəmiz bu məhsulların bir çoxundan asılıdır:
“Əsasən, taxlın, şəkər tozunun, düyünün idxalından asılı ölkəyik. Dünyada da hazırda bu ərzaqlarda bahalaşma müşahidə olunur. Bu da Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Çünki müharibə uzanır və dünya iqtsadiyyatına mənfi təsirlərini göstərməkdə davam edir. Digər bir artıma Rusiyanın taxıl sazişindən çıxması da səbəb olub. Dünyada gübrə və yanacağın qiymətində artım müşahidə olunur ki, bu da logistika, daşınma qiymətlərinin artmasına səbəb olur, bu da bir başa həmin məhsulların bahalaşması deməkdir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay