BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
30934

“Azərbaycanda banklara olan etibar bərpa olunmayıb”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsili deyib. Onun sözlərinə görə, əvvəlki illərdə müəyyən qədər bankalara etibar var idi, amma 2015-ci ildən sonra bu etibar itib:

“Həmin ildə baş verən devalvasiya və hökümətin banklarda əmanətləri olan vətəndaşlara dəstək olmaması, dəstəyi də yalnız sahibkarlara verməsi sadə vətəndaşların banlara etibarını itirdi. Öncə bu güvəni geri qaytarmaq lazımdır”.

Akif Nəsirli vurğulayıb ki, bu Dünya Bankının apardığı araşdırmalar nəticəsində hasil olan bir göstəricidir:

“Üç Cənubi Qafqaz ölkəsində müəyyən istiqamətlərdə sorğular aparıblar. Sorğular və hesablamalar nəticəsində bu göstərici ortaya çıxıb. Bu göstəricidə Cənubi Qafqaz ölkələrinin ən varlı olanı Azərbaycandır. Azərbaycanda sərvət, neft, qaz, daha geniş münbit torpaqlar, digər yeraltı sərvətlər var. Ona görə də bu göstərici əslində Azərbaycanda daha yüksək olmalıdır. Məsələn, əhalinin yığıma yönəltdiyi gəlir daha çox olmalıdır. Çünki burada əhalinin gəlirlərindən də əlavə dövlətin, hökümətin gəlirləri var, eyni zamanda dövlət iqtisadiyyatla məşğuldur. Amma biz tərsini müşahidə edirik. Niyə? Azərbaycan hər iki ölkədən geri qalır. Bu günkü göstərici bir-birindən fərqlidir. Bir də əhalinin yığma yönəltdiyi vəsait var. Azərbaycanda əhalnin yığıma yönəltdiyi vəsaitlər çox azdır. Ona görə ki, ölkədə əmək haqqları, digər müavinətlər, pensiyalar aşağıdır. Əhalinin gəlirləri o qədər azdır ki, insanlar ay ərzində əldə etdiyi bütün gəlirlərini ayın sonuna kmi xərcləyib qurtarır. Hətta bir qədər də borc alırlar. Belə olan halda banka yatırmağa da vəsait qalmır”.

Qeyd edək ki, statistikaya əsasən, Gürcüstanda əhalinin 9%-i, Ermənistanda 7%-i, Azərbaycanda isə 4%-i banklarda pul saxlayır. 

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin