"Bu, biznes mühitinin canlanmasının nəticəsidir" - Ekspert
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin altı ayında Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2 milyard 317.9 milyon manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.9% və ya 447.4 milyon manat çoxdur.
Görəsən, bu artıma hansı amillər təsir göstərib?
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, verilən kreditlərin həcminin artmasına biznes mühitinin dirçəlməsi təsir göstərib:
“Bu artım biznes mühitinin canlanmasının nəticəsidir. Ölkədə postpandemiya dövründə biznes mühiti dirçəlməyə başlayıb. Bu da yaxşı tendensiyadır. Çünki biznes mühitinin dirçəlməsi öz növbəsində biznes kreditinin artmasına, makroiqtisadi tarazlığın bərqərar olmasına münbit şərait yaradır və işsizlik dinamikasının azalmasına səbəb olur. İstehlak kreditləri isə öz dinamikliyini saxlayıb, nə artıb, nə də azalmayıb”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay