Azərbaycanda düyünün bahalaşması gözlənilir - Ekspert
“Dünyada düyü qıtlığı yaşanır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
“Biz idxalçı ölkəyik. Ötən illə müqayisədə dünyada düyü istehsalı azalıb. İqlimlə bağlı olan məsələdir. Bu da dünyada düyünün qiymətinin artımına təsir edib. İlin 6 ayında dünyada düyünün qiymətində kəskin bahalaşma müşahidə olunub. Həmçinin Rusiyanın “taxıl sazişi”ndən çıxması da öz təsirlərini göstərir. Dünyada buğda qıtlığı və qiymət artımı gözlənilir. Bu baxımdan ölkələr daha çox düyü ehtiyyatı əldə etməyə kökləniblər. Hətta düyü istehsalında liderlərdən biri olan Pakistan ixracata məhdudiyyət qoyub. Sözsüz ki, bu da düyünün qiymətinə təsir göstərir”.
Ekspert Azərbaycana düyünün əsasən Hindistan və İrandan gətirildiyini vurğulayıb:
“Düyüyə təlabat çoxalır və qiymət artımı müşahidə olunur. Gələn ildən Azərbaycanda düyü qıtlığı yaşanmasa da, qiymət artımı gözlənilir. Nazirlər Kabinetinin qərarına əsasən, növbəti ildə Pakistandan idxal olunan düyü 15% gömrük rüsumundan azad edilib. Bu da 2024-cü ildə düyünün qiymətinin bahalaşmasının qarşısını alacaq. Ona görə də bu proseslərlə əlaqədar ölkədə düyünün qiymətinin artımını müşahidə edirik”.
Eyyub Kərimli bu bahalaşma ilə əlaqədar ölkədə geniş tədbirlər görüldüyünü əlavə edib:
“Düyü istehsalçıları stimullaşdırılır, təşviq dilir, hər fermerə 360 manat subsidiya ödənilir. Növbəti ildə düyü istehsalının 40 minə çatdırılması gözlənilir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay