Azərbaycanda Aqrar Sənaye Bankı yaradıla bilərmi? - Ekspert
“Bu gün Kənd Təsərrüfatı Nazirliyinin nəznində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fəaliyyət göstərir”.
Bu barədə Valyuta.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli “Fermerlər üçün Aqrar Sənaye Bankı yaradıla bilərmi? Bu bankın yaradılması kənd təsərrüfatının inkişafına və iqtisadiyyata necə təsir göstərəcək” suallarına cavab verərkən deyib.
İqtisadçı bildirib ki, 2004-cü ildən yaradılan bu agentliyin əsas iş istiqaməti fermerlərə güzəştli və uzunmüddətli kreditlərin təqdim edilməsidir:
“Həmin fond 60 aya qədər güzəştli kreditlər təqdim edir. Hətta bir il müddətində faiz ödənişlərini tələb etmir və hazırda ölkədə olan digər banklara nisbətən aşağı faizlə kreditlər təşkil edir”.
Eyyub Kərimli hesab edir ki, aqrar sahəyə kreditlərin təmin edilməsinin digər problemləri var:
“Bu girov təminatıdır ki, bəzən bölgələrdə fermerlər yetərincə girov təminatı təmin edə bilmirlər. İkinci məsələ çox zaman fermerlərimizin rəsmi fəaliyyət göstərməsi həyata keçmir. Həmin fondlardan, kredit təşkilatlarından bəhrələnmək imkanını əldən verirlər. Bu baxımdan hesab edirəm ki, fermerlərimiz fəaliyyətlərini daha çox rəsmiləşdirsələr, fondların imkanlarından və dövlətin güzəştli kreditlərdən və stimullaşdırıcı tədbirlərdən daha yaxşı istifadə edə bilərlər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay