"Qarpızın qiyməti ucuzlaşacaq" - Ekspert
"Qarşıdakı günlərdə qarpızın qüyməti ucuzlaşacaq".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, qarpız və yemişin qiyməti bir ay bundan əvvəlki ilə müqayisədə ucuzlaşıb:
“Qarpızın qiyməti 35-40 qəpiyə kimi ucuzlaşmışdı. İndi əksinə, məhsul ucuzlaşmaq əvəzinə, daha da bahalaşıb. Qarpız, yemiş və eyni zamanda bostan məhsullarının qiymətini dövlət tənzimləmir, onların qiymətini bazar tənzimləyir. Təklif çoxalıb, tələb azalanda qiymət aşağı düşür. Yaxud da əksinə”.
Ekspert Azəbaycana xarici ölkələrdən qarpızın gətirilmədiyini vurğulayıb:
“Bazarda satılan məhsul yerli istehsaldır. Yerli istehsalda məhsuldarlığın kəskin azalması ilə bağlı məlumat yoxdur. Görünür bu dövrdə qarpız daha çox ixraca yönəlir. Bu səbəbdən də yerli bazara qarpız az çıxır və nəticədə məshulun qiyməti bahalaşır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay