Bu bankların lisenziyalarının ləğv edilməsi təklif olunur
Bu gün insanları narahat edən problemlərdən biri də bankların göndərdiyi yalançı mesajlardır. Mesaj göndərilir, kredit verilməsi təklif edilir, lakin vətəndaş müraciət edən zaman məlum olur ki, təklif edilən kredit ona düşmür. Əgər kredit düşmürsə, vətəndaşa niyə mesaj göndərilir?!
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, əhaliyə göndərilən həqiqəti əks etdirməyən reklam mesajları olduğu halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütləq hərəkətə keçməli və istehlakçıların hüquqlarının təmin olunmalıdır.
“Çünki reallığı əks etdirməyən reklam mesajları istehlakçıların bilavasitə hüquqlarının pozulması deməkdir, onların aldadılmasıdır, həm maddi nöqteyi nəzərdən, həm vaxt baxımından itkisidir.
Düşünürəm ki, Mərkəzi Bank da kommersiya banklarına ölkədə bank sektorunun tənzimlənməsi ilə bağlı funksiyalarını unutmamalıdır. Bu hallar təkrarlanacağı təqdirdə Mərkəzi Bank hətta lisenziyaların geri alınmasına qədər müvafiq tədbirləri həyata keçirə bilər. Çünki son nəticədə bank sektorunun inkişafı ölkə əhalisinin maddi və sosial rifahının yaxşılaşmasına xidmət etməlidir. Belə yalançı mesajlar olduqda isə biz tamam əks effektin şahidi oluruq, ölkə əhalisinin hüquqları kobud şəkildə pozulur”, - deyə o əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay