Azərbaycanın düyü idxalı artır: Səbəb nədir?
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin 5 ayında xarici ölkələrdən Azərbaycana 29 milyon 768.94 min ABŞ dolları dəyərində və 33 184.39 ton həcmində düyü idxal olunub.
Keçən ilin eyni dövründə isə bu idxal 20 milyon 342.73 min dollar dəyərində və 24 722.36 ton həcmində olub. Bu da göstərir ki, 1 il ərzində dəyərdə 9 milyon 426,21 min dollar və ya 31,66 faiz, həcmində isə 8 462,03 ton və ya 25,50 faiz artım baş verib.
Valyuta.az-a açıqlama verən ekspert Vahid Məhərrəmovun fikrincə, daxili istehsalın azalması idxal düyüsünün həcm baxımdan artmasına rəvac verib:
“Təəssüf ki, Azərbaycanda özünü təmin edəcək səviyyədə düyü istehsal olunmur. Bu da bir tərəfdən su çatışmamazlığı və nəticədə məhsuldarlığın aşağı olmasından qaynaqlanır. Əkin sahələrinin azalması da prosesə öz təsirini göstərib”.
Ekspert qeyd edir ki, dollar nisbətində idxal artımına isə düyünün dünya miqyasında qiymətinin kəskin bahalaşması öz təsirini göstərib:
“Qlobal istiləşmə, suya olan tələbatın ödənilməsi və təklifin azalması ilə bağlıdır. Ölkəmizdə ilbəil düyü istehsalı azalır. Azərbaycanda ildə 63 min ton düyü istehlak edilir. Onun da yalnız 10 min tonu daxili istehsal hesabına təmin edilir. Yerdə qalan 53 min ton isə idxal edilir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay