İstehlak və ipoteka kreditlərində qalıq borcları niyə artıb? - Ekspert
Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, cari ilin may ayının 31-nə qədər Azərbaycan vətəndaşlarının istehlak və ipoteka kreditləri üzrə banklara olan qalıq borcları 9 milyard 488,5 milyon manat, ötən ilin iyul ayının 30-na qədər isə 7 milyard 838,3 milyon manat təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində əhalinin borcları 1 milyard 650,2 milyon manat və ya 17,40 faiz çoxalıb.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, əhalinin kreditlər üzrə banklara olan borcunun çoxalması sırf onun dövriyyə və həcminin artması ilə bağlıdır:
“Vətəndaşların istehlak və ipoteka kreditləri üzrə banklara olan qalıq borclarının artması verilən kreditin dövriyyə və həcminin artmasından qaynaqlanır. Məhz verilən kreditlərin dövriyyə və həcmi artdığından borclanma da çoxalıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 5 ayında istehlak kredirləri artıb. Ona görə də bu kimi məlumatlar veriləndə açıqlama tam şəkildə verilsə, daha yaxşı olar. Çoxalma heç bir halda əhalinin ödəniş qabiliyyətinin azalması, problemli borclanmanın çoxalması ilə bağlı deyil”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay