Kapital Bankla müştəri arasında məzənnə narazılığı - Ekspert rəyi
Vətəndaşlar Kapital Bankın məzənnə dəyişikliyindən narazıdır.
Valyuta.az xəbər verir ki, vətəndaş Çingiz Səfərli Türkiyənin onlayın ticarət mağazası olan “Trendyoldan” 1.202. 45 TL (81 manat) alış-veriş edib. Ödəmə zamanı bank onun kartdakı vəsaitindən 87, 24 manat silib.
Bu isə vətəndaşın narazılığına səbəb olub. Bəs, belə olan halda vətəndaş nə etməlidir?
İqtisadçı ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, məzənnə dəyişikliyi bankla vətəndaşın arasında bağlanan kart müqaviləsinin şərtlərindən asılıdır:
“Belə olan hallarda vətəndaş həmin müqaviləyə baxmalıdır. Yəni, xidmət haqqları hansı qayda ilə müəyyən olun abilər. Əgər müqavilə şərtləri çərçivəsində baş verirsə, vətəndaş heç nə edə bilməz. Qanunda deyilir ki, bank xidmətlərinin haqqı məsələsində banklar müqavilədə sərbəstdirlər, istədiyi kimi yazırlar”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay