Banka əmanət saxlamaq təhlükəlidirmi? - Ekspert
“İstəlinən vətəndaş üçün banklarda vəsait saxlamaq təhlükəli deyil, çünki əmanətlərin sığortalanması sistemi var. Hər kəsin bir bankda 100 min manata, fərdi sahibkarın isə 20 min manata kimi pulu sığortalıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov vəsiat saxlamaq üçün hansı bankın etibarlı olmasından danışarkən deyib.
Onun sözlərinə görə, istəlinən bank bağlansa belə Əmanətlərin Sığortalanması Fondu həmin pulu kompensasiya edir:
“Ona görə də vətəndaş üçün fərqi yoxdur, hansı bankda pulu saxlayacaq. Sahibkarlar üçün isə təhlükə var. Çünki sahibkarın pullları bağlanan banklarda bir qayda olaraq batır. Əmanətlərin Sığortalanması Fondu ləğv olunan bankların əvəzedicisidir. Həmin banklar isə pulu yeyib- dağıdır, sahibkarlara o puldan heç nə qalmır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay