Böyük islahatlar olacaq, bankların sayı azalacaq - Ekspert
"Hesab edirəm ki, Azərbaycanda bank sektorunda böyük islahatlar olacaq. Ən əsası bankların sayı azalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert daha effektli fəaliyyət göstərən bankların bazarda qalacağını bildirib:
"Biz heç kimin evinin içini bilmirik. İl ərzində adam başına düşən gəlir 7 min dollardır. 2022-ci ildə banklar tərəfindən əhaliyə 459 milyon manat faiz ödənilib. Banklarda 12 milyard 211.6 milyon manat əmanət var ki, bu da adam başına 1200 manat düşür. Bu gün Azərbaycanda 1 milyon 300 min sahibkar fəaliyyəti ilə məşğul olan adamlar var, onun 12%-i hüquqi şəxs, digərləri isə fiziki şəxs kimi fəaliyyət göstərir”.
Ekspert hesab edir ki, bunun əsas subyektiv səbəbi insanların banklara inamsızlığıdır:
"Bu gün banklarla bağlı digər problem var. Gördüyünüz kimi, dollarla olan əmanətlərə çox az faiz verirlər. Bir neçə il bundan öncə olan devalvasiya insanlarda banklara qarşı qorxu yaradıb, onlar banklara əmanətlərini qoymaqdan çəkinir. Son proseslərdən görünür ki, banklar tez-tez ləvğ edilir, bağlanır, insanlar problemlər yaşayır. Məsələn, biz bunu "Günay bank”ın timsalında aydın gördük.
Bu nöqteyi-nəzərdən demək olar ki, bu gün əhalidə banklara qarşı inamsızlıq yaranıb. Amma nə qədər insanın neçə fazinin depoziti var, gəlirlərinin neçə faizini saxlayırlar, bu haqda fikir söyləmək çətindir. Bankların sabitliyi müşahidə edilmir. Bundan əlavə, bankda olan depozitlərin faizlərindən 10 % vergi tətbiq edilib. Bu gün problemlərdən biri də budur ki, insanlar həmin faizlərdən pul itirir”.
Kərimlinin fikirincə, bu gün insanlar daha çox daşınmaz əmlaka vəsait yatızdırırlar:
"Pullarını qorumaq istəyirlər. Daşınmaz əmlak bazarında bahalaşma yaranıb. Hesab edirəm ki, insanlar üçün alternativ qiymətli kağızlar bazarı yaradılmalıdır. İnsanların alternativ gəlir əldə etmək üçün qiymətli kağızlarla əməliyyat aparmaq imkanları olmalıdır ki, döşək altında olan vəsaitlər dövriyyəyə daxil olsun, gəlir gətirsin”.
Ekspert əhalinin banklara inamını artırmaq üçün bank sektorunda köklü islahatların aparılmasını vacib sayır:
"Bu gün biz banklardan həm də inhisarçılıq təsirlərini müşahidə edirik. Bankların işi ancaq depozit yığıb kredit verməkdir. Banklar özləri investor kimi çıxış etmirlər, bu da bankların inkişafına mane olur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay