Ekspert
16.06.2023 / 10:41
"Bəlkə də Mərkəzi Bank sədrinə düzgün məlumat vermirlər” - İqtisadçı
29378
“Təəssüf edirəm ki, Mərkəzi Bankın sədri kredit faizlərindən məlumatsızdır. Bəlkə də sədrə düzgün məlumat vermirlər”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Mərkəzi Bankın sədri Taleh Kazımovun “Mən Azərbaycanda bank kreditləri faizinin 20-25 faiz olmasını görməmişəm" fikirini şərh edərkən deyib.
Ekspert istehlak kreditlərində belə faizlərin olduğunu bildirib:
“İri kreditlərdə, korporativ hüquqi şəxslərdə belə faizlər yoxdur, aşağıdır. Söhbət yalnız bank kreditlərindən getmir, bank olmayan kredit təşkilatları da var. Amma vətəndaşların istehlak kreditlərində belə faizlər var”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay