"Devalvasiya təhlükəsinə görə insanlar əmanətlərini banklara etibar etmir" - Ekspert
BMT "Dayanıqlı İnkişaf Məqsədləri Dialoqları" təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklizivlik" mövzusunda keçirilən konfransda çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib ki, Azərbaycanda əmanətlərin yalnız 10 faizi banklarda saxlanılır.
Maliyyə-bank eksperti Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, yeni devalvasiya təhlükəsi səbəbindən insanlar əmanətlərini banklara etibar etməkdən çəkinirlər:
“Səbəb odur ki, Azərbaycan banklarında xarici valyuta ilə faizlər çox aşağıdır, cəmi 1-2 faiz nisbətindədir. Ona görə də xarici valyuta ilə banka əmanət qoymaq sərfedici deyil. Milli valyuta ilə banklarda əmanət saxlamaq da devalvasiyadan sonra o qədər də cəlbedici hesab olunmur. Çünki əhali devalvasiyanın yenidən baş verəcəyindən qorxur. Digər tərəfdən, köhnə steoreotiplər hələ də burada öz sözünü deyir. İnsanların bir hissəsi hələ də pullarını göz önündə saxlamamağa üstünlük verir. Bəziləri, xüsusən də dövlət məmurları, korrupsionerlər malik olduqları vəsaitlərin bəlli olmasını istəmədiklərindən hələ də pullarını əmanət şəklində banklara qoymaqdan yayınırlar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay