Ölkədə valyutadəyişmə məntəqələri niyə amılmır? - Qadağa yoxdu, amma...
“Hazırda valyutadəyişmə məntəqələrinin açılmasına icazə verilsə də, qoyulan tələblər bu işdə uğur qazanmağa imkan vermədiyindən sahibkarlar prosesdə maraqlı deyillər”.
Bunu Valyuta.az-a açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov artıq bir neçə ildir valyutadəyişmə məntəqələrinin açılmasına yenidən icazə verilməsinə rəğmən, prosesə marağın olmaması səbəbindən danışarkən deyib:
“Valyutadəyişmə məntəqələrinin açılmasına hazırda məhdudiyyət yoxdur. Amma sahibkarlar bunda maraqlı deyillər. Bir neçə il bundan əvvəl Mərkəzi Bankın təsdiqlədiyi qaydaya görə, istənilən şəxs gəlib banklardan asılı olmadan valyutadyişmə məntəqəsi aça bilər. Yəni, yenidən valyutadəyişmə məntəqələrinin açılmasına icazə verildi. Bu icazə nəticəsində bəzi valyutadəyişmə məntəqələri yaradıldı. Amma bunun üçün müəyyən tələblər qoyuldu. Ona görə də valyutadəyişmə məntəqələrinin açılmasına icazə verilsə də, sahibkarlar prosesdə maraqlı deyillər. Çünki qoyulan tələblər sahibkarlara bu işdə uğur qazanmağa imkan vermir. Tələblərdən birinə görə, valyutadəyişmə məntəqəsi açan buna görə banka 50 min manat həcmində pul girov qoymalıdır. İkinci bir tərəfdən, bu məntəqələrin sahibləri artıq əvvəlki tək oyunbazlıq edə və banklarla rəqabət apara bilməyəcəkləri səbəbindən prosesdə maraqlı deyillər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay