"Mərkəzi Bankla bağlı qərar maliyyə sektorunun inhisarlaşmasına şərait yaradacaq" - Ekspert
Mərkəzi Bankın bəzi banklar və sığortaçılar üzərində nəzarət mexanizminin güclənməsinə səbəb maliyyə sektorunda bir sıra iştirakçıları- bankları, sığortaçıları bazardan çıxarmağa hesablanıb.
Bu sözləri Valyuta.az-a Bank məslələri üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Banka verilən əlavə səlahiyyətlər haqqında danışarkən deyib.
Ekspert qeyd edib ki, bu dəyişikliklərin əsas məqsədi daha çox maliyyə sektorunun inhisarlaşmasına şərait yaratmaqdır: “Ona görə də Mərkəzi Banka bu səlahiyyətin verilməsi bir çox bankları, sığortaçıları bazardan çıxaracaq”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə, Mərkəzi Bankın iqtisadi müstəqilliyinin artırılması ilə bağlı bəzi müddəalar əlavə olunub.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay