BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
28151

Azərbaycan Mərkəzi Bankı not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1-3-6-9 ay) üzrə gəlirlilik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazasını genişləndirib, eləcə də notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edib.

Yeni qərarla banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərə də müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ verilib. Limitlərin qoyulmasında məqsəd bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməməkdir.

Qərarı Vergilər qəzetinə şərh edən iqtisadçı Cəfər İbrahimli bunun qiymətli kağızlar bazarına bir neçə aspektdən müsbət təsirlərinin olacağını bildirib. Onun fikrincə, hüquqi şəxslərin bu bazara daxil olması ilə investor bazasının genişlənməsi mümkün olacaq.

“Mərkəzi Bankın notları qısamüddətli və likvid qiymətli kağızlar olduğu üçün investorlar istədiyi vaxt onları sata və ya onlarla repo əməliyyatı apara bilirlər. Bundan əlavə, həmin qiymətli kağızlar investorlar üçün kifayət qədər gəlir gətirdiyinə görə hüquqi şəxslər üçün cəlbedici maliyyə aləti hesab edilir. Dolayısı ilə hüquqi şəxslərin qiymətli kağızlar bazarına gəlməsi burada investor bazasının genişlənməsinə və bu sektorda mövcud olan pul vəsaitlərinin canlanmasına, bu notlarla paralel olaraq multikator effekti ilə digər qiymətli kağızlara da investisiyanın artmasına şərait yaradacaq”, – ekspert bildirib.

Bu əməliyyatlardan hüquqi şəxslərin əldə edəcəyi faydalara gəlincə, C.İbrahimli banklarda olan vəsaitlərinin onlara daha çox gəlir gətirməsinə imkan verəcəyini vurğulayıb: “Hüquqi şəxslər bank hesablarında qalan pul vəsaitlərini istifadə etməkdə çətinlik çəkirlər. Qiymətli kağızlara, Mərkəzi Bankın notlarına çıxış əldə etdikdən sonra onlar cari hesablarındakı vəsaitdən əlavə gəlir əldə etmiş olacaqlar. Bu, investisiya şirkətləri və bazar infrastrukturuna aid strukturlarda əməliyyatların həcminin, müştərilərin sayının artmasına, investor bazasının genişlənməsinə səbəb olacaq. Beləliklə, qərar qiymətli kağızlar bazarının inkişafı və hüquqi şəxslərin pul vəsaitlərinin daha effektiv istifadə olunması üçün yeni bir imkan açır”.

Onu da deyək ki, Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcəyini və qiymətli kağızların yerləşdirilməsi şərtlərinə yenidən baxıla biləcəyini açıqlayıb. Bununla nələr dəyişə bilər?

C.İbrahimli hazırda qiymətli kağızlar bazarına daxil olmaq istəyən investorlar üçün müəyyən məhdudiyyətlərin olduğunu bildirib: “Məsələn, bir bank emissiya olunan kağızın ancaq 20 faizini ala bilər. Mərkəzi Bankın son qərarında da banklara və ya maliyyə şirkətlərinə məhdudiyyət qoyulub. Proseslərin gedişatında ehtiyac yaranarsa, emitent kimi Mərkəzi Bank həmin məhdudiyyətlərin aradan qaldırılmaısna qərar verə bilər. Bunu zaman göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin