Xarici banklar Azərbaycana niyə maraq göstərmir?
"Bank sektorunun inhisarlaşması prosesi gedir. Bu səbəbdən də xarici banklar Azərbaycana buraxılmır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov xarici ölkə banklarının Azərbaycana maraq göstərməməsinin səbəblərindən danışarkən deyib. Ekspertin sözlərinə görə, xarici bankların Azərbaycana gəlməsi üçün normal məhkəmə-hüquq sistemi olmalıdır:
"Bir neçə iri bank var ki, onlar da faktiki olaraq bir neçə əldə cəmləşib. Həmin banklar yavaş-yavaş digər bankları sıradan çıxarırlar. Onların pulu daha çoxdur, əllərində inzibati resurslar var. Bu yolla bank sektorunu əllərində cəmləşdirirlər. Yəni, imkanları var ki, kreditləri də aşağı faizlə versinlər. Çünki dövlətdən güzəştli kreditlər ala bilirlər. Buna görə də onların bank əmanətlərinə ehtiyacları yoxdur. Digər banklar isə dövlətdən güzəştli kreditlər ala bilmir və sıradan çıxırlar”.
Əkrən Həsənov böyük banklarda bank xidməti keyfiyyətinin pis vəziyyətdə olduğunu vurğulayıb:
"Orta səviyyəli bankların xidməti daha səviyyəlidir. Xarici banklar gəlsə, inhisarlaşmanın qarşısı alınacaq. Onların keyfiyyət səviyyəsi kimi kreditlər üzrə faiz dərəcəsi də aşağı olacaq. Xarici banklar ölkəyə buraxılması ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur. Bu gün çoxlu sayda tanınan xarici banklar var ki, onların Azərbaycana gəlmək niyyəti yoxdur. Vaxtı ilə bir neçə xarici bank, hətta Fransa bankı Azərbaycana gəlmək istəyirdi. Amma faktiki buraxmadılar, çünki planda inhisarlaşma var idi".
Ekspertin fikirincə, kredit təşkilatlarının da vəziyyəti ağırdır, çünki onların bank sektorunda ciddi payı yoxdur:
"Vaxtı ilə Böyük Britanıyanın HSBC Bankı Azərbaycanda fəaliyyət göstərirdi. Əmanətlər və kreditlər üzrə cüzi faiz verirdi. Nə qədər müştərisi var idi, çünki ona etibar edirdilər, keyfiyyət əla idi. Onu sıxışdırıb çıxardılar. Böyük banklar dedi ki, xarici bankları Azərbaycana buraxmaq olmaz. Onların müştəri bazası nəyin hesabınadır?"
Əkrəm Həsənov deyir ki, Azərbaycan iqtisadiyyatı əvvəlki kimi cəlbedici deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay