BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
25644

Azərbaycanda valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti, daha dəqiq desək, bu fəaliyyət üçün müəyyən edilmiş qaydaların yumşaldılması yenidən gündəmə gəlib.

Milli Məclisin noyabrın 29-da keçirilmiş plenar iclasında deputat Siyavuş Novruzov hökuməti bu sahədə şərtlərə yenidən baxmağa çağırıb.

Cəmi 5 şirkət valyuta dəyişmə məntəqəsi açıb

Azərbaycanda 2016-cı ilə qədər yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi. Həmin ilin yanvar ayında - manatın ikinci devalvasiyasından az sonra - bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edildi. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması idi.

Bununla belə, valyuta dəyişmə məntəqələrinin bağlanması Azərbaycanda “qara bazar”ı aktivləşdirdi və hökumət bir müddət də onunla mübarizə aparmalı oldu. 2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə “Valyuta tənzimi haqqında” yeni qanun qəbul edildi. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başladı. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə versə də, indiyə qədər cəmi 5 şirkət bu fəaliyyət növü ilə məşğul olmaq üçün Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Göründüyü kimi, valyuta bazarında devalvasiyadan əvvəlki kimi aktivlik yoxdur. Bu isə nəinki xarici turistlərə, bəzən elə ölkə vətəndaşlarına da problem yaradır.

Bəs Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün şərtlər yumşaldılmalıdırmı? "Report" mövzunu iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

"Liberallaşmaya getməyin vaxtı çoxdan çatıb"

Onun sözlərinə görə, bu sahədə liberallaşmaya getməyin vaxtı çoxdan çatıb: “Əvvəl bu sahədə rəsmi məlumatlara görə 6-7 min, qeyri-rəsmi məlumatlara görə 15 mindən çox adam çalışırdı, 1 030-dan artıq sahibkar fəaliyyət göstərirdi. Valyuta mübadiləsi fəaliyyətinə bu qədər güclü nəzarət məşğulluq və sahibkarlıq baxımından uğurlu addım deyil. Devalvasiyadan sonra müəyyən radikal qərarların qəbul edilməsi bəlkə də məqbul sayıla bilərdi. Amma tədricən bu istiqamətdə liberallaşmaya doğru ciddi addımlar atılmalı idi”.

"Ölkədə valyuta əlçatanlığı təmin edilməlidir. Bunun olmaması xüsusən turizm sektoru üçün ciddi problemlər yaradır. Təkcə yerli vətəndaşlar deyil, ölkəni yaxşı tanımayan xarici vətəndaşlar üçün də valyutanın əlçatanlığının təmin edilməsi turist xərcləmələrinə birbaşa təsir göstərər. Turist hansısa ölkədə olanda bəzən valyutanı dəyişə bilmirsə, xərcləmə fikrindən daşınır. Həmçinin sahibkarların valyuta təminatının artırılması baxımından valyuta dəyişmə məntəqələrinin fəaliyyət göstərməsi üçün əlverişli şərait olmalıdır. Bizdə onsuz da bu sahədə mənfəət norması elə də çox deyil. Belə şəraitdə bu bazarın olmaması valyuta dövriyyəsindən gəlir əldə edilməsi imkanını məhdudlaşdırır", - deyə R.Həsənov qeyd edib.

"Depozit tələbi 5 dəfə azaldılmalıdır"

Ekspertin fikrincə, valyuta mübadiləsi fəaliyyəti üçün şərtlər yumşaldılmalı, depozit tələbi 5 dəfə azaldılmalıdır: "Rasional investor qərar qəbul edərkən bu sahəyə yatırdığı investisiyanın geri dönüşünün necə olacağını hesablayır. Valyuta dəyişmə məntəqəsi açmaq üçün tələb olunan 50 min manatı dövriyyədən çıxarmaq investor üçün maraqlı olmayacaq. Odur ki, depozit tələbi 5 dəfə azaldılmalıdır. Bundan başqa, məntəqə açmaqla bağlı infrastruktur tələbləri var. Ən azı qoyulan investisiyanın repatriasiyası dövründə həmin tələblərə müəyyən güzəştlər edilə bilər. Valyuta dəyişmə məntəqələrinin təhlükəsizlik təminatının formalaşdırılması üçün müəyyən xərclər var. Onları bir neçə illik gəlir vergisindən azad etmək olar ki, həmin xərclər kompensasiya edilsin. Bütün məsələlər təhlil edilməli, maraq qruplarının özləri ilə də görüş keçirilib onların çətinlikləri və təklifləri dinlənilməli, bu sahə ilə bağlı əlverişli şərtləri əhatə edən yol xəritəsi hazırlanmalıdır. İndiki vəziyyət fonunda qeyri-qanuni valyuta dəyişmə prosesi gedir və istehlakçı hüquqlarının qorunmaması, xarici vətəndaşların valyuta əlçatanlığının aşağı olması, yerli sahibkarların bəzi qeyri-qanuni fəaliyyətə məcbur olması halları ortaya çıxır".

"Valyuta dəyişmə məntəqələri yalnız bankların daxilində deyil, həm də ayrıca fəaliyyət göstərməlidirlər. Bankların göstərdiyi çox sayda xidmətlər mövcuddur. Düşünmürəm ki, banklar üçün bu qədər dövriyyənin qarşılığında yalnız valyuta dəyişmə xidmətindən əldə edilən gəlir maraqlı olsun. Onsuz da valyuta dəyişmə məntəqələri açılsa, onlar bu məntəqələrlə birbaşa əməkdaşlıq edəcəklər. Həmin məntəqələr topladıqları pulu gətirib banklarda konvertasiya edir. Banklara topdan müştərilərlə işləmək pərakəndə müştərilərdən daha asan olar”, - deyə R.Həsənov əlavə edib.//report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin