Azərbaycanda 45 faiz bahalaşma... - Ekspert təcili tədbirləri zəruri sayır
Azərbaycanda rəsmi qurumlar iflyasiyanın 14 faiz, müstəqil ekspertlər isə 25 faiz olduğunu bildirirlər. Bahalaşma isə sürətlə davam edir.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, rəsmi rəqəmlərin özü belə kifayət qədər böyükdür və Azərbaycanda qiymət artımının sürətini göstrir.
Ekspert vurğulayıb ki, Azərbaycanda inflyasiya rəsmi rəqəmlərə görə 14 faizə yaxınlaşıb, lakin ərzaq inflyasiyası 20%-dən yuxarıdır:
"Dünyada qeyri-rəsmi olsa da, inflyasiyanı ölçmək üçün 30-a yaxın gündəlik tələbat mallarının qiyməti ayrıca hesablanır ki, hökumətlər vəziyyəti daha aydın görə bilsin. Bizdə belə bir yanaşma yoxdur. Əgər olsa, yəqin ki, 30 gündəlik tələbat malının təqribən 40-45%-ə yaxın qalxdığını görə bilərik. Bu da kifayət qədər ciddi rəqəmdir və inflyasiya insanları yoxsullaşdıran əsas amillərdən birinə çevrilir".
N.Cəfərli inflyasiya ilə mübarizə üsullarına da diqqət çəkib və təkliflərini bildirib:
"Burada mübarizə üsullarından biri orta və uzunmüddətli yerli istehsalın artırılmasıdır. Təəssüf ki, bununla bağlı ciddi irəliləyişlər görmürük. Amma qısamüddətli, hətta bir günün içində vəziyyətə təsir edə biləcək addımlar da var. Bu da ərzaq məhsulları, dərman pereparatları ilə bağlı vergi və gömrük güzəştləridir. Azərbaycan hökumətinin büdcə parametrlərinə baxanda görürük ki, indiki əlavə dəyər vergisini ərzaq məhsullarından azalda bilər. Məsələn, bu vergi 18 %-dən 2%-ə qədər endirə bilər. Yəni, 16% əlavə dəyər vergisinin azaldılması qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər. Demək olar ki, Azərbaycanda dərman istehsalı yox səviyyəsindədir və 96% idxaldan asılıyıq, sadəcə 4% yerli istehsaldır. Burada da əlavə dəyər vergisi və gömrük rüsumları ləğv edilə bilər. Bu da qiymətlərin tənzimlənməsinə, əhalinin dolanışığına müsbət təsir göstərən amilə çevrilə bilər" .
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay