BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
21782

"Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var”.

Valyuta.az xəbər verir ki, bu sözləri "cebhe.info"-ya quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.

Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib:

“Azərbaycanda əsasən yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq”.

Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar:

“Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar”.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır. Ölkədə yoluxma sayının azalması ilə əlaqədar bir çox məhdudiyyətlər aradan qaldırılsa da, hələ də quru sərhədlər qapalı qalıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumata görə, 11 mayda koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 70 nəfərdir. Qeyd edək ki, dünya mətbuatı da ölkəmizdəki yoluxma sayının azalması ilə bağlı materiallar dərc edb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin