BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20880

2021-ci ilin fevral ayında bankların ayırdığı kreditlərin həcmi 17 milyard 587,2 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına əsasən, həmin məbləğin 19,7%-i dövlət, 77,7%-i isə özəl bankların payına düşüb. Kreditlərin 2,6%-i isə qeyri-bank kredit təşkilatlarının xətti ilə ayrılıb.

Fevralda bankların ayırdığı kreditlərin böyük hissəsi – 8 milyard 948,4 milyon manatı istehlak kreditlərinə yönəlib. Bu, 2015-ci ildəki göstəriciləri də üstələyib. Həmin ildə baş verən devalvasiyadan sonra Azərbaycanda istehlak kreditlərinin həcmi kəskin azalmağa başlayıb və uzun müddət belə davam edib. Əgər bunun bir səbəbi insanların gəlirlərinin azalması idisə, digər tərəfdən kredit almaq istəyən vətəndaşların imkanlarının məhdudlaşdırılması idi. Başqa sözlə, “qara siyahı”ya düşən şəxslərə banklar birmənalı olaraq “yox” deyir, onlara kredit ayırmaqdan imtina edirlər.

Bununla bağlı fikirlərini İndex.az-la bölüşən millət vəkili Vüqar Bayramov devalvasiya nəticəsində kredit tarixçələri pisləşən vətəndaşlara vəsait ayrılması üçün ikinci şansın verilməsini təklif edib:

“Mərkəzi Banka 2015-ci ildə manatın devalvasiyası nəticəsində ödəniş imkanları pisləşən və nəticədə adları “qara siyahı”ya daxil olan vətəndaşlarımıza yenidən kredit götürmək imkanı yaradılmasını təklif etmişik. Onlar üçün kredit tarixçəsi ilə bağlı amnistiya tətbiq olunsun”.

Pandemiya dövründə Mərkəzi Bank buna uyğun addım atdığını xatırladan V.Bayramov həmin güzəştlərin devalvasiya nəticəsində “qara siyahı”ya düzən şəxslərə də aid edilməsinin zəruri olduğunu vurğulayıb:

“Devalvasiya nəticəsində kredit tarixçəsi pisləşən vətəndaşların “qara siyahı”dan çıxarılmasının həyata keçirilməsi məqsədəuyğun olardı. Çünki bu, həmin şəxslərin yenidən banka müraciət etmək və kredit əldə etmək imkanı deməkdir. Xüsusilə, vətəndaşın özündən asılı olmayan səbəbdən onun ödəmə qabiliyyəti pisləşibsə, imkanları zəifləyibsə, bu halda Mərkəzi Bank tərəfindən güzəştin tətbiq olunması daha mütərəqqi addım olar. Burada söhbət məzənnənin dəyişməsi, qlobal pandemiya kimi faktorlardan gedir”.

Millət vəkili bu konteksdə bankların kredit tarixçəsi pisləşən vətəndaşlara fərdi olaraq yanaşmasına tərəfdar olduğunu deyib. İnsanın özündən asılı olmayan səbəblərdən kredit tarixçəsinin pisləşməsi hallarında güzəştlərin vacibliyini vurğulayıb: “Müraciətlərə ayrılıqda baxılsın. Əgər onun kredit tarixçəsi devalvasiya, pandemiya kimi səbəblərdən pisləşibsə, həmin vətəndaşlarımızın adının “qara siyahı”dan çıxarılması daha məqsədəuyğun olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin