BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
20199

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın SWIFT-dən uzaqlaşdırılacağını bildirib.

“Bu gün beynəlxalq tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq, o cümlədən Rusiya banklarını SWIFT-dən uzaqlaşdırmaq üçün qəti addımlar atdıq”, Boris Conson "Twitter" hesabında bu barədə paylaşım edib.

SWIFT-dən uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?

Valyuta.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Dünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracatı 332.2 milyard dollar, idxalı isə 240.4 milyard dollar olub. 2020-ci ildə Rusiyanın xarici ticarətdə müsbət saldosu pandemiya səbəbindən əvvəlki ilə nisbətən 179.5 milyard dollardan 91.8 milyard dollaradək azalıb:

"Dünya Bankının məlumatına görə, 2019-cu ildə Rusiyanın ixracatı 426.7 milyard dollar, idxalı isə 247.1 milyard dollar olmuşdu. Rusiyanın ixracatda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliya əsas tərəfdaşlardır.

Qeyd edək ki, SWIFT pulun dünyanın bir hissəsindən başqa yerinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır (Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini, ümumilikdə 11 min maliyyə institutu və bankı əhatə edir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfer olunur".

Deputat vurğulayıb ki, SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. Çünki bu halda Rusiya şirkətləri nağdsız ödənişlərdə ciddi çətinliklər ilə üzləşəcəklər. Bu, xüsusən, strateji məhsulların ixracatında Rusiya üçün çətinliklər yaradacaq: 
 
"Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin birjalarda indeksləşdirildiyini nəzərə alsaq, SWIFT-siz gələcək şimalda fəaliyyət göstərən sahibkarlar üçün yaxşı nə isə vəd etmir. Müqayisə üçün deyək ki, 2012-ci ildə İranın bu sistemdən uzaqlaşdırılması cənub qonşumuz üçün ticarət dövriyyəsinin 1/3-ni itirmək demək oldu. Bu baxımdan, SWIFT-dən kənarlaşma Rusiyanın xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxarmaqla, şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin