BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
20138

"Rus rublu dollara nisbətdə 100 rublluq həddi keçəcək, dünyanı qiymət artımı və ciddi inflyasiya bürüyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Kiyevlə Moskva arasında başlanan savaşın Ukrayna və Rusiya daxil dünya ölkələrinin iqtisadiyyatına göstərəcəyi təsirlərdən danışarkən deyib:
 
"Bu savaşın tək Ukrayna və Rusiyaya deyil, dünya iqtisadiyyatına da ciddi təsirləri olacaq. Hətta yeni bir "dəmir pərdə”siyasətinin yaranmasının əsaslarını da görə bilərik. Qərblə Rusiya arasında münasibətlər ciddi şəkildə qopa bilər. Ukrayna iqtisadiyyatı artıq indidən ciddi itkilərə məruz qalır. Artıq kapital və biznesin bu ölkədən tamamilə çıxdığını görürük.

Rusiyanın özü də itkilərlə üz-üzədir. Səhm bazarı 30 faiz çöküb. Rusiya səhm bazarından xarici kapitalın tamamilə çıxmasını müşahidə edəcəyik. Rus rublu 1 dollara nisbətdə 91 rubl civarındadır. Yaxın zamanlarda 100 rubl səviyyəsinə düşə bilr. Neft və qazın qiymətinin bahalaşdığını görürük. Bu da dünya iqtisadiyyatında qiymət artımı və inflyasiyanı sürətləndirəcək. 

Rusiya SWIFT sistemindən qoparılsa, pul köçürmələri dayandırılacaq ki, bunun da Azərbaycana ziyanı olacaq. Pul köçürmələrinin dayanması ilə Azərbaycanla Rusiya arasında 3,2 milyard dollarlıq ticarət dövriyyəsinin olduğunu nəzərə alsaq, onun zəifləyəcəyi proqnozlaşdırılır. Ukrayna ilə ticarətimizdə də müəyyən axsamalar olacaq”.

Milli Məclisin deputatı Vüqar Bayramov da Ukrayna-Rusiya savaşının Azərbaycan iqtisadiyyatına təsirinin miqyası barədə fikirlərini səsləndirib: 

"2020-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə ixrac olunub.

Ukraynadan idxal etdiyimiz malların strukturuna gəldikdə tütün (47 milyon 779 min dollar), iribuynuzlu heyvan əti (27 milyon 992 min dollar), siqaret (22 milyon 165 min dollar), quş əti və onun əlavə məhsulları (20 milyon 977 min dollar), kərə yağı, digər süd yağları və pastaları (19 milyon 949 min dollar), dərman vasitələri (16 milyon 713 min dollar), isti yayılmış polad prokatı (11 milyon 789 min dollar), diri iribuynuzlu heyvanlar (8 milyon 930 min dollar), şokolad və şokolad məhsulları (7 milyon 553 min dollar), təzə meyvə (8 milyon 452 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (7 milyon 734 min dollar), çörək, unlu qənnadı məmulatları (7 milyon 677 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (6 milyon 326 min dollar), süd və qaymaq (4 milyon 310 min dollar) və s. daha çox üstünlük təşkil edir.

Ukraynaya isə il ərzidə daha çox təzə meyvə (9 milyon 353 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (3 milyon 210 min dollar), təzə tərəvəz (2 milyon 167 min dollar), sürtkü yağları (1 milyon 726 min dollar), meyvə və tərəvəz şirələri (421 min dollar) və s. məhsulları satmışıq.
Rusiyaya gəldikdə isə, ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub. Rusiyadan idxalımız (1 milyard 962 milyon dollar), şimal qonşumuza ixracımız isə (709 milyon 390 min dollar) olub.

Rusiyadan buğda (293 milyon 234 min dollar), uzununa doğranmış meşə materialları (100 milyon 35 min dollar), mineral gübrələr (79 milyon 223 min dollar), isti yayılmış polad prokatı (55 milyon 843 min dollar), şokolad və şokolad məhsulları (47 milyon 603 min dollar), bitki yağları (46 milyon 162 min dollar), televiziya qəbulediciləri (44 milyon 473 min dollar), yapışdırılmış faner (28 milyon 45 min dollar), dərman vasitələri (27 milyon 585 min dollar), paltaryuyan maşınlar (23 milyon 586 min dollar), kartof (23 milyon 515 min dollar), çörək, unlu qənnadı məmulatları (22 milyon 611 min dollar), ağac yonqarlı plitələr (22 milyon 399 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (20 milyon 610 min dollar), sintetik yuyucu maddələr (17 milyon 438 min dollar), ağac lifli plitələr (15 milyon 436 min dollar), sürtkü yağları (15 milyon 68 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (13 milyon 787 min dollar), mineral və qazlı sular (12 milyon 464 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (11 milyon 311 min dollar) və s. məhsullar idxal edirik.

Rusiyaya isə təzə meyvə (274 milyon 832 min dollar), təzə tərəvəz (214 milyon 122 min dollar), kartof (30 milyon 817 min dollar), elektrik enerjisi (11 milyon 738 min dollar), neft koksu (9 milyon 616 min dollar), etilen polimerləri (8 milyon 318 min dollar), meyvə və tərəvəz şirələri (8 milyon 148 min dollar), bentonit gili (7 milyon 956 min dollar), pambıq ipliyi (5 milyon 315 min dollar), Meyvə və tərəvəz konservləri (4 milyon 600 min dollar), tütün (3 milyon 427 min dollar), təbii üzüm şərabları və üzüm suslosu (2 milyon 880 min dollar), çay (1 milyon 689 min dollar) və s. məhsulları ixrac edirik”.

Ekspertin fikrincə, savaş uzun müddətli olacağı halda Azərbaycanın Ukrayna ilə xarici ticarət dövriyyəsində azalma olacaq: 

"Nəqliyyat əlaqələrinin minimuma endirilməsi də ölkələr arasındakı ticari əməkdaşlığa təsirsiz ötüşməyəcək”. 

Amma Moskva ilə əlaqələrimizə gəldikdə deputat bildirir ki, Rusiya ərazisində getmədiyindən savaşın şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri olmayacaq: 

"Lakin rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu, qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şaxələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımdan da aktualdır”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin