BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
20053

Hazırda Rusiyanın yeritdiyi xarici siyasət və dünya ölkələrinin bu siyasətə adekvat cavabı iqtisadiyyata birbaşa təsir göstərir. Bu təsir Rusiyanın səhm bazarında da özünü göstərir.

Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin Xarici Bazarlar Departamentinin rəhbəri Valeh Qənbərov "Report"a deyir ki, hazırda Rusiya səhm bazarının qısa müddət ərzində 30%-ə yaxın çöküşünün üç əsas səbəbi var:

“Birinci səbəb Rusiya tərəfindən Luqansk və Donetsk bölgələrinin müstəqil respublika kimi tanınması ardından gözlənilən sanksiyalardır. Bu sanksiyaların birbaşa Rusiyanın transmilli şirkətlərinə təsiri olacaq. Həmçinin, bu şirkətlərdən beynəlxalq investorların çıxması ilə nəticələnəcək. Bu proses artıq gedir.

İkinci səbəb yerli investorların rublda olan aktivlərdən çıxması və möhkəm valyutaya keçməsidir. Bu rus səhmlərinin aktiv satışına səbəb olur.

Üçüncü səbəb isə Rusiyanın faiz dərəcəsinin rus şirkətlərinin dividend gəlirliyindən daha aşağı olmasıdır. Bu da Rusiyanın riteyl investorlarını marjinal ticarətə gətirib çıxarır. Bu isə rus riteyl şirkətlərinin broker tərəfindən məcburi çıxmasına səbəb olur. Beləliklə, bazarın düşməsi ilə nəticələnir”.

Rusiya səhm bazarında baş verənlərin Azərbaycana təsiri necə olacaq?

Rusiya səhm bazarında baş verənlərin ölkəmizə təsirini isə investisiya şirkətlərindən birinin direktoru İntiqam Səfərəliyev hesab edir ki, hazırda Rusiyada baş verənlərin Azərbaycan səhm bazarına təsiri çox cüzi ola bilər:

“Çünki Azərbaycanda bu bazar elə də inkişaf etməyib. Ona görə də ciddi dəyişiklik gözləmirəm. Təsiri təxminən 3-5% dərəcəsində ehtimal etmək olar. Məncə, yerli investorlar həmin şirkətlərin səhmlərini almaq üçün çox gözləməsinlər. Çünki may-iyun aylarında dividendlərini alacaqlar”.

Qeyd edək ki, Ukrayna ətrafındakı vəziyyət Rusiya səhm bazarında enişə səbəb olub. Lakin bu gün bu enmə müəyyən qədər ləngiyib: Moskva Birjasının indeksi təxminən 9% əvəzinə 3,5% itirir.

Hərracların nəticələrinə görə, indeks 10,5% dəyər itirərək, 2014-cü il martın 3-dən bəri rekord səviyyəyə enib.

Bu gün Rusiya fond bazarında ticarət artan volatilliklə baş verir. Moskva birjasının rubl indeksi Moskva vaxtı ilə 10:54-ə 3,64% - 2 926,2 bəndədək, başlanğıcda isə 2 756,46 bəndədək (təxminən 9% itirib) azalıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin