Təhsil eksperti MİQ-lə bağlı yeni qaydalara aydınlıq gətirdi: "Bundan sonra..."
"Təhsil Nazirliyi mərkəzləşdirilmiş Müəllimlərin İşə Qəbul Müsabiqəsində ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri edib”.
Valyuta.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbul Müsabiqəsi ilə bağlı keçirdiyi bugünkü mətbuat konfransı haqqında danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov bildirib ki, müsabiqənin test imtahanı mərhələsində sualların sayını ixtisas, metodika və təlim startegiyaları üzrə sabit saxlamaqla onlara verilən bal fərqini və imtahan vaxtını artırıb.
O, qeyd edib ki, imtahanın vaxtını 90 dəqiqədən 120 dəqiqəyə artırlmaqla yaşla əlaqədar sürətlə düşünmək qabiliyyəti azalan sistemdə işləyən müəllimlərə və İKT üzərindən testoloji imtahan vermək qabiliyyəti zəif olan iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirməyə əlavə dəstək verilib.
Təhsil eksperti bildirib ki, ixtisas suallarına verilən nisbi balın çəkisini 1 baldan 2-yə qaldırılması ali məktəblərdə əvvəllər tədris edilməyən və hazırda zəif tədris edilən yeni təlim texnoloji biliklərin səbəbindən yaranan kurikulum təlimçilərinin bazarını əhəmiyyətli dərəcədə azaldacaq, hələ müəllim işləməyən imtahan iştirakçılarını dərs prosesinə aid mənasız sual yükündən xeyli azad edəcək, imtahan ballarının maksimum həddini 100-ə qaldırmaqla onların faizlə uyğunlaşmasını təmin edəcək.
Müəllimlərin yerdəyişməsi ilə bağlı qoyulan yeni qadağalardan da danışan ekspert deyib ki, sistemdə 3 və 5 ildən artıq işləyən müəllimlərə yerdəyişmə imtahanlarında iştirak qadağan edilməklə sonradan onların topladığı ballara əlavələr ediləcək.
Kamran Əsədov bildirib ki, bu məktəbləri seçib oranı 1 il yola verməklə staj toplamağı və növbəti il yerdəyişmə edəcəyini düşünən insanların sayını minimuma endirəcək və məktəbləri seçib, sonradan iş yerini dəyişməklə oradakı təlim mühitini pozan amillər aradan qalxacaq:
"Ucqarda işləyən müəllimlərin 3-5 il staj toplamaqla onların ballarına edilən əlavələr onların təcrübəli müəllim kimi sonradan yerdəyişməsini asanlaşdıracaq və onları ucqarları seçməyə sövq etməklə ordakı müəllim çatışmazlığı problemini həll edəcək”.
İmtahan suallarına verilən 4 səhv cavabın 1 düz cavabı silməsi sualına da aydınlıq gətirən ekspert bildirib ki, bu, təsadüfən sualara düz cavab verməklə insanların taleyini həll edəcək bir-neçə balın toplanmasını əngəlləməklə ədalətli yerləşməyə səbəb olacaq:
"Səhv cavabların onluq kəsirlər mərtəbəsində bal hissələrini yaratması səbəbindən eyni bal toplayanların sayını əhəmiyyətli dərəcədə azaldacaq və bu ədalətsiz yerləşməyə son qoyacaq”.
Vakansiyaların ilk əvvəl sistemdə olan müəllimlərə və şəhid ailələrinin üzvlərinə təklif edilməsinə də aydınlıq gətirən Kamran Əsədov bildirib ki, öz canını dövlət uğrunda fəda etmiş şəhidlərimizin mənən övladlarına köməkliyini özündə ehtiva edən bu qaydanı sözlə ifadə etmək olmur:
"Həqiqətən onlar diridirlər və bunu Təhsil Nazirliyi sözdə yox, əməldə sübut etdi”.
Ekspert hesab edir ki, bu, illərdir sistemdə işləyən, müsabiqə ilə ucqarlarda əzab-əziyyətlə çalışan müəllimlərə yerdəyişmə qaydasının tətbiqi, bu, peşəyə marağı və insanların məmnunluğunu artıran ədalətli bir qərardır və bu qaydanın saxlanması xüsusilə alqışlanmalıdır.
Yeni qayda ilə Bakı və Abşeron yarmadasında müəllimlərin yerdəyişməsi prosesinin yalnız MİQ müsabiqəsi daxilində aparılacağına da toxunan ekspert bildirib ki, bu, paytaxta və mərkəzi şəhərlərə axışmaq istəyən və müxtəlif sosial səbəblər uyduran insanların yükündən həm hökuməti, həm də cəmiyyəti azad edəcək:
"Bundan sonra daha istedadlı gənclərin ədalətli qaydada iş yerinin dəyişdirilməsi amili önə çıxacaq. Tədris ili başlanandan sonra yaranan vakansiyalara heç bir halda müddətsiz əsaslarla müəllim işə qəbul edilməyəcək. a) Bu o deməkdir ki tədris ilinin ortasında yaranan vakansiyalarda müddətli işləyənlər ora daimiləşməyəcək və bütün vakansiyalar yayda bir yerdə hamıya təklif edildiyi üçün ədalətli seçim olacaq. Tədris ilinin ortasında çalışma həddinə çatmış müəllimlərlə əmək müqaviləsinin ilin sonuna qədər avtomatik uzaldılması zərurəti yaranacaq, bununla da yaşlı müəllimlərdə diskomfort və məktəbdə boşluq yaranmayacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay