BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
19376

“Azərbaycanda lombard fəaliyyətini lisenziyalaşdırılmasına başlanılsa, bu bazar iştirakçılarının 90%-i bağlanacaq”.

Bunu maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov deyib.

“Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur. Qanunsuzluq nə ilə bağlıdır? Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır.

Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu (5-10 manat) görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar”, – deyə Ə.Həsənov reallığın nədən ibarət olduğunu izah edib.

O bildirib ki, bu hal geniş yayılıb, yəni vətəndaşlar gəlib lombarda borc verirlər:

“Bunun adını “lombard əmanət qəbul edir” qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər”.

Milli Məclisə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinə görə lombardlara da lisenziya veriləcəyinə toxunan ekspert artıq onların fəaliyyətinin nəzarətdə olacağını qeyd edib. O bildirib ki, əgər qərar qəbul olunsa, lombardların sayı kəskin şəkildə azalacaq. Ən azı 90 %-i bazardan gedəcək. Həmçinin qanunla lombardlara nəzarət olunsa, bankların da kredit verilməsində yumşaldılma ola biləcəyini Ə.Həsənov istisna etməyib:

“Lombarddan pul götürən adam adətən rəsmi gəliri olmadığı üçün banka müraciət etmir. Çünki nə banklar, nə də bank olmayan kredit təşkilatları həmin adama kredit verməyəcək. Lombard isə verir. Əgər bank kreditləşməsi sahəsində yumşalma olsa, Mərkəzi Bank müəyyən etsə ki, qızıl-zinət əşyaları girov qoyula bilər, bank və ya bank olmayan təşkilatlarında vətəndaşın rəsmi gəlirlərinə baxılmamalıdır, bu boşluğu dolduracaq. Məsələn, mən 10 milyonluq qızıl qoyub 5 min kredit götürmək istəyirəm. Bank onu verə bilmir, çünki girov qoyan adamın rəsmi iş yeri yoxdur. Bu da problemdir. Amma bankların kredit şərtlərinin yumşalması vətəndaşlara sərf edəcək. Çünki bankların və bank olmayan kredit təşkilatlarının kredit faizləri lombardlardan aşağıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO

Avro və rubl bahalaşdı - Məzənnə

Şuşada 450 mənzilli kompleks tikilir (VİDEO)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

“Azeri Light”ın qiyməti 90 dollara çatır

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin